“Bizim təqdimatımız əsasında “ASAN xidmət“ BMT-nin mükafatına layiq görülüb“
Tarix: 03.10.2016 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "ADA" Universiteti tərəfindən hazırlanmış "ASAN xidmət indeksi" üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi təqdim olunub.
 Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, "ADA" Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, "ASAN xidmət"lə "ADA" Universiteti arasında yaxşı münasibətlər formalaşıb.
 
Onun sözlərinə görə, 15 ildən çoxdur, Elektron hökumətlə bağlı işlər görülür: "ASAN xidmət"in fəaliyyəti təqdirəlayiqdir. İlkin mərhələdə bizim 2-3 professorumuz layihənin hazırlanmasında iştirak edib. Bizim təqdimatımız əsasında "ASAN xidmət" BMT-nin mükafatına layiq görülüb".
 
Dövlət Agentliyinin sədri İnam Kərimov qeyd edib ki, Azərbaycanın 2 brendi ortaq  layihəyə imza atıb. Onun sözlərinə görə, "ASAN Xidmət indeksi" üzrə qiymətləndirmə vasitəsilə dövlət xidmətlərini həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsinin ölçülməsi və inkişaf etdirilməsi, dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin olunması, dövlət xidmətlərinə nəzarət və şikayət mexanizmlərinin inkişaf etdirilməsi, dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətin yüksəldilməsi təmin ediləcək: "Dövlət Xidmətlərinin Elektron Reyrstri yaradılaraq istifadəyə verilib. Hazırda 118 dövlət orqanı tərəfindən göstərilən 594 dövlət xidməti haqda bütün məlumatlar Reyestrdə öz əksini tapıb. Bu layihə ilə dövlət xidmətlərinin qiymətləndirilməsinə noyabr ayından başlanacaq. Gələn ilin ortalarında qiymətləndirmənin nəticələri ictimaiyyətə açıqlanacaq. Qiymətləndirmə 7 parametr üzrə aparılacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info