ƏƏSMN-də dövlət qulluğuna işə qəbul olunan gənclərlə görüş keçirilib
Tarix: 03.10.2016 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “47 nəfər nazirlik sistemində vakant yerlərə işə qəbul olunub ki, onların hamısı gənclərdir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq müsabiqə və müsahibə mərhələlərində uğur qazanaraq nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul olunan gənclərlə görüş keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə hüquqi və dünyəvi dövlət quruculuğu, o cümlədən dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı sahəsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin mühüm xidmətlərindən söz açıb. Nazir bildirib ki, 2000-ci ildə qəbul edilən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun hüquqi əsasları, o cümlədən kadr siyasətinin əsas prinsiplərini müəyyən edir: “Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən uğurlu siyasəti ölkədə dövlət qulluğu sisteminin təkmilləşdirilməsinə, bu sistemdə dövlətçiliyə sadiq və bilikli, işgüzar insanlardan ibarət kadr potensialının formalaşmasına şərait yaradıb. Eyni zamanda, Prezident tərəfindən dövlət idarəetmə strukturlarında çalışan insanlar diqqət və qayğı ilə əhatə olunublar. Ölkədə digər sahələrdə olduğu kimi, dövlət qulluqçularının da əmək haqları mütəmadi olaraq artırılır. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət Qulluqçularının peşə bayramı təsis edilib”.
S.Müslümov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesi qanunvericiliyə uyğun şəkildə aparılır. Aidiyyəti qurum tərəfindən keçirilən müsabiqə və müsahibə mərhələlərində uğur qazanmış namizədlər həmin vakant yerlərə işə qəbul edilirlər: “Bu prosesin davamı olaraq, müsabiqə və müsahibə mərhələlərində uğur qazanmış daha 47 nəfərin müvafiq əmrlər əsasında nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbulu təmin olunub. Onların hamısı gənclərdir”.
Nazir vurğulayıb ki, Azərbaycan Prezidentinin “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır” prinsipi hazırda dövlət qulluğuna yeni işə qəbul olunan gənclərin də əsas fəaliyyət prinsipi olmalıdır: “Dövlət qulluğu sistemində çalışmaq həm məsuliyyətli, həm də şərəflidir. Sizə göstərilən etimadı dövlət qulluqçularının etik davranış qaydalarına əməl etməyinizlə, öz işinizi layiqli səviyyədə yerinə yetirməyinizlə, ən başlıcası, əhaliyə daim yüksək səviyyədə xidmət göstərməyinizlə doğrultmalısınız. Daim bilik səviyyənizi, peşəkarlığınızı artırmağa çalışın, çünki cəmiyyətimizdə gedən inkişaf prosesləri sizin də mütəmadi olaraq təkmilləşməyinizi, dünyagörüşünüzü, mənəviyyatınızı zənginləşdirməyinizi tələb edir”.
Son illərdə əmək və sosial müdafiə sahəsində idarəetmə və xidmətlər sisteminin müasir tələblərə uyğun qurulması, əhaliyə xidmətlərin elektron texnologiyalar əsasında şəffaflaşdırılması istiqamətində aparılan islahatlardan bəhs edən S.Müslümov bildirib ki, qarşıdakı dövrdə də bu sahədə mütərəqqi islahatlar davam edəcək. O, yeni işə qəbul olunan kadrların bu islahat proseslərində daim fəal iştirak edərək, öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.
Nazir dövlət qulluğu sistemində yeni işə qəbul olunan gəncləri təbrik edib, onlara dövlət qulluqçusu kimi öz vəzifələrinin icrasında uğurlar arzulayıb.
Yeni işə qəbul olunan gənclər nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul edilmələrinə, bu sahədə obyektivlik və şəffaflıq prinsipinin təmin olunmasına görə minnətdarlıqlarını ifadə ediblər. Gənclər onlara göstərilən inam və etimadı daim yüksək səviyyədə doğrultmaq üçün səy göstərəcəklərini vurğulayıblar.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info