Nazirlik vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir sıra normativ hüquqi aktları təsdiq edib
Tarix: 03.10.2016 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” prezident İlham Əliyevin 2016-cı il 4 avqust tarixli sərəncamı ilə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Vergilər Nazirliyinin Kollegiyası tərəfindən vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir sıra normativ hüquqi aktlar təsdiq edilib.
 
Vergilər Nazirliyindən verilən xəbərə görə, bunlara “Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”,  “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”, “Nümunəvi vergi ödəyicisinin müəyyən edilməsi və imtiyazların verilməsi Qaydaları”, “Elektron auditin keçirilməsi Qaydaları”, “Vergilər Nazirliyinin Çağrı Mərkəzi tərəfindən əlaqə yaradılaraq vergi ödəyicilərinin məlumatlandırılması (Outbound Call Centre) Qaydaları”, “Təsərrüfat obyektləri və fəaliyyət sahələri üzrə risklərin qiymətləndirilməsi Metodologiyası”, “Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları” aiddir.
 
Bundan başqa, bir sıra elektron xidmətlərin, o cümlədən fiziki və hüquqi şəxslərin fəaliyyətinin onlayn dayandırılması,  eləcə də fiziki və hüquqi şəxslərin fəaliyyətinin onlayn bərpası üzrə inzibati reqlamentlər yeni redaksiyada təsdiq edilib.
 
Qəbul edilmiş normativ hüquqi aktlar artıq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
 
Bütün normativ hüquqi sənədlər qanuni qüvvəyə minib, yalnız “Elektron auditin keçirilməsi Qaydaları” 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info