Sosial şəbəkələr kəşfiyyat üçün casus seçmək işini asanlaşdırır
Tarix: 03.10.2016 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


“Sun”: “Mİ-6 sosial şəbəkələrdə işləməyi bacaran peşəkar informasiya texnologiyaları üzrə mütəxəssisləri əməkdaşlığa cəlb edəcək”

Britaniya mətbuatı yazır ki, ölkənin kəşfiyyat orqanı olan Mİ-6 işə iki minə yaxın yeni əməkdaş cəlb edəcək. Ən çox sayda əməkdaş- təxminən min nəfər xarici kəşfiyyata cəlb olunacaq. Amma həmin əməkdaşlar məşhur film qəhrəmanı olan Ceyms Bond kimi müxtəlif ölkələrə göndərilən agentlər olmayacaqlar. Çünki müasir dünyada elektron izləmə kimi vasitələrdən yararlanaraq “Bondun işini” kompüter arxasından da görmək mümkündür.
Britaniya KİV-i məlumat verir ki, Mİ-6 sosial şəbəkələrdə işləməyi bacaran peşəkar informasiya texnologiyaları üzrə mütəxəssisləri əməkdaşlığa cəlb edəcək. Mİ-6-nın rəhbəri Aleks Yanger bildirib ki, əsas diqqət radikallara, Rusiya və Çinə yönəldiləcək. Gizli əməliyyatlar həyata keçirən Mİ-6 ölkə xaricində kəşfiyyat məlumatlarının toplanması işinə xeyli vəsait sərf edir. Britaniya kəşfiyyat orqanının saytında qeyd edilir ki, arzu edən istənilən şəxs müraciət edə bilər. Əsas şərtlərdən biri Böyük Britaniyada yaşamaqdır. Arzu edənlər texniki xidmət mütəxəssisi, tərcüməçi kimi vəzifələrə iddia edə bilərlər. Yüksək təhsilə sahib olan və öz sahəsində mütəxəssis sayılan şəxslər zabit vəzifəsini tutmaq üçün müraciət edə bilərlər. Onlar xidmətə qəbul olunacaqları halda, əsasən, informasiyanın analizi və “sahədə” agentləri “verbovka” etməklə məşğul olacaqlar. “Sun” nəşri yazır ki, müraciət etmək asan olsa da, Mİ-6-nın əməkdaşı olmaq o qədər asan deyil.

Aleks Yanger:
“5 ildən sonra iki tip kəşfiyyat orqanı olacaq: informasiya sahəsində işləməyin vacib olduğunu anlayan və inkişaf edən, bir də bunu anlamayıb geridə qalanlar”


6 ay davam edən yoxlama müddətində namizəd ciddi şəkildə analiz edilir. Xüsusi tərtib edilmiş testlərdən keçən namizədlər işə qəbul olunacaqları halda, illik 25 min funt əməkhaqqı alacaqlar. 10 ildən sonra isə həmin əməkdaşın illik maaşı 40 min funt olacaq. Mİ-6-nın rəhbəri Aleks Yanger ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Vaşinqtonda təşkil edilmiş konfransanda çıxışı zamanı bildirmişdi ki, informasiya sahəsində iş çox böyük əhəmiyyət kəsb etməyə başlayıb: “Bizim əməliyyatlar informasiya inqilabını kökündən dəyişib. 5 ildən sonra iki tip kəşfiyyat orqanı olacaq: informasiya sahəsində işləməyin vacib olduğunu anlayan və inkişaf edən, bir də bunu anlamayıb geridə qalanlar. Mən əminəm ki, britaniyalı kəşfiyyatçılar birinci tip kəşfiyyatçılar sırasında olacaq”. Britaniya kəşfiyyatı hesab edir ki, onlar üçün əsas təhdid radikallar, Rusiya və Çindir. Yanger bildirib ki, texnoloji yeniliklərə dərhal reaksiya vermək lazımdır.

“Daha əvvəlki illərdə olduğu kimi, kimisə izləmək üçün aylarla vaxt sərf etməyə, xüsusi gecələrə getməyə ehtiyac yoxdur. İndi elə bir dövrdə yaşayırıq ki, insanlar haqqında məlumatı çox asan bir formada- sosial şəbəkələrdən almaq mümkündür. Orada insanlar özləri könüllü şəkildə şəxsi məlumatlarını yerləşdirirlər. Həmin məlumatlar əsasında insanı analiz etmək, onun xarakterini, gündəlik fəaliyyətini izləmək mümkündür”

Çünki müasir informasiya texnologiyalarının inkişafı kəşfiyyat işinin təbiətini dəyişməyə başlayıb. Bu inkişaf çox çətin vəziyyətlər yaratmaqla yanaşı, “qızıl perspektiv” də açır. Britaniyalı keçmiş kəşfiyyatçılardan biri “Financial Times” nəşrinə açıqlamasında “qızıl perspektiv”i belə izah edib: “Daha əvvəlki illərdə olduğu kimi, kimisə izləmək üçün aylarla vaxt sərf etməyə, xüsusi gecələrə getməyə ehtiyac yoxdur. Seçilmiş şəxsin “verbovka” olunmağa münasib olmağı, zəif tərəfləri ilə bağlı həmişə şübhələr olur. Amma indi elə bir dövrdə yaşayırıq ki, insanlar haqqında məlumatı çox asan bir formada- sosial şəbəkələrdən almaq mümkündür. Orada insanlar özləri könüllü şəkildə şəxsi məlumatlarını yerləşdirir. Həmin məlumatlar əsasında insanı analiz etmək, onun xarakterini, gündəlik fəaliyyətini izləmək mümkündür. Bu isə “verbovka” üçün şəxs seçilməsi işini asanlaşdırır. Sosial şəbəkələr vasitəsilə casus seçmək köhnə metodlarla seçməkdən daha asandır”. “Nezavisimaya qazeta” yazır ki, soyuq müharibə zamanı ən çətin işlərdən biri də qeyri-leqallarla əlaqə saxlamaq idi. Amma indi onlar sosial şəbəkələr vasitəsilə ustalıqla şifrələnmiş informasiyanı çox asanlıqla göndərə bilir və onu ələ keçirmək, oxumaq çox çətindir. Sosial şəbəkələrdən peşəkarcasına istifadə etməyi bacaran agentlər müxtəlif ölkələrdə baş verən hadisələr, inqilablar haqqında dərhal informasiya çatdıra bilirlər. Ona görə də Mİ-6 casus kəşfiyyat xidmətinə deyil, informasiya-rəqəmsal texnologiyalar sahəsində peşəkar olan mütəxəssislərə üstünlük vermək qərarına gəlib. Britaniya hökuməti kəşfiyyat xidmətinə əlavə 1,5 milyard funt ayırmağı vəd edib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info