Bakı-Quba-Rusiya avtomobil yolunun dağılmış hissələri bərpa olunur
Tarix: 04.10.2016 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Gəndob kəndindən başlayaraq Şabran rayonunun girişində yerləşən avtomobil körpüsünə qədər olan 11 kilometrlik və Siyəzən rayonunun Zarat kəndi ərazisində deformasiyaya uğramış 5 kilometrlik hissəsində bərpa işləri aparılıb.
Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, yenidən karbonat materialı tökülərək kipləşdirilib, daha sonra yeni yol əsası inşa edilərək yeni asfalt-beton örtük döşənib. Nəticədə sözügedən ərazilərdə bundan öncə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılıb. Hazırda isə sözügedən avtomobil yolunun Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bərpa işləri görülür. Təmir-bərpa işləri Bakı şəhəri istiqamətində aparılır. Avtomobil yolu ilə hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə Baş Dövlət Yol Polisinin stasionar postuna qədər 3 kilometrlik məsafədə aparılacaq. İlkin olaraq bərpa işlərinə sözügedən yolun 1-ci kilometrlik hissəsində başlanılıb. Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yol yatağı karbonat materialı tökülərək yenidən kipləşdirilir, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılır. Səth və qrunt suların yoldan kənarlaşdırılması üçün ərazidə yeni drenaj sisteminin də inşası aparılıb. Bu işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 santimetr qalınlığında monolit-beton töküləcək. Bütün işlər qrafikə uyğun aparılır və bu məqsədlə əraziyə lazımi sayda texnika cəlb olunub.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Hər il əmək bazarına 100 min gənc daxil olur
23.01.2019
Xaricdən ən çox sifariş verilən 10 Azərbaycan məhsulu
23.01.2019
Bank İsmayıllı filialı üçün işçi axtarır
23.01.2019
Vergilər Nazirliyi ilə AQTA Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb
23.01.2019
“Azexport” portalının xüsusi buraxılışı nəşr edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info