FTX ukraynalı jurnalistin saxlanılması ilə bağlı məlumat yayıb
Tarix: 04.10.2016 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ukraynalı jurnalist Roman Suşenkonun saxlanılması ilə bağlı məlumat yayıb.
R. Suşenkoya qarşı casusluq maddəsi ilə ittiham irəli sürülüb. FTX R. Suşenkonun Ukraynanın "Ukrinform" agentliyinin müxbiri olmaqla yanaşı, Baş Kəşfiyyat İdarəsinin zabiti olduğunu açıqlayıb. Bildirilib ki, R. Suşenko casusluq fəaliyyəti ilə məşğul olarkən yaxalanıb. Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları ukraynalı jurnalistin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin polkovniki olduğunu qeyd ediblər. FTX-nin məlumatına görə, R. Suşenko Moskvada Rusiya ordusu və Milli Qvardiyanın fəaliyyətinə dair gizli məlumatları toplayıb. Hazırda R. Suşenko Moskvanın "Lefortovo" istintaq təcridxanasında saxlanılır. Rusiya Xarici İşlər Nazirliyi artıq ukraynalı jurnalistin FTX tərəfindən casusluq ittihamı ilə saxlanılmasına münasibət bildirib. Nazirlik R. Suşenkonun Rusiyada jurnalist fəaliyyəti ilə məşğul olmadığını və jurnalist akkreditasiyası almaq üçün Rusiya XİN-ə müraciət etmədiyini açıqlayıb: "Suşenkoda Rusiya Federasiyası ərazisində əcnəbi jurnalistlərə verilən akkreditasiya olmayıb. Suşenko Rusiya ərazisində jurnalist funksiyasını yerinə yetirməyib".
Tural




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
“Türk Hava Yolları” Nigeriyanın Port Harkort şəhərini uçuş şəbəkəsinə daxil edir
27.06.2019
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib, ölənlər və yaralananlar var
27.06.2019
Putin İnquşetiyanın yeni rəhbərini təyin edib
26.06.2019
Gürcü larisi tarixi minimumu yenilədi
26.06.2019
Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info