Estoniyanın ilk qadın prezidenti
Tarix: 04.10.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Estoniya parlamenti üçüncü cəhddə ölkə prezidentini seçib. Bu, əvvəllər Avropa Hesablama Palatasında Estoniyanın nümayəndəsi olan Kersti Kalyulaydır.
“RİA Novosti” xəbər verir ki, parlamentdə keçirilən seçkilərdə namizəd deputatların səslərinin üçdə iki hissəsini - 101 səsdən azı 68-ni toplamalıdır. Dövlət başçısı postuna yeganə namizəd olan Kersti Kalyulayda isə 81 deputat səs verib. Beləliklə də o, Estoniyanın ilk qadın prezidenti seçilib. Estoniyanın hazırkı prezidenti Tomas Hendrik İlvesin səlahiyyət müddəti oktyabr ayında başa çatır. O, bu postu ikinci dəfə tutduğundan konstitusiyaya əsasən üçüncü müddətə seçilə bilməz. Xatırladaq ki, bundan əvvəl prezident seçməyə göstərilən iki cəhd nəticəsiz qalmışdı. Estoniyada prezident seçkilərinin iki səviyyəli seçki sistemi mövcuddur. Əvvəlcə dövlət başçısını parlament seçməyə çalışır. Əgər namizədlərdən heç biri lazımi qədər səs toplamasa, seçkilər seçənlər kollegiyasında davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info