Höness yenidən “Bavariya”nın prezident postuna yeganə namizəddir
Tarix: 04.10.2016 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Məhbusluq həyatını başa vuran Münhenin “Bavariya” futbol klubunun sabiq prezidenti Uli Höness yenidən bu posta yeganə namizəddir.
“Bild” qəzeti xəbər verir ki, Münhen komandasının direktorlar şurası artıq 64 yaşlı futbol funksionerini noyabrın 25-də keçiriləcək prezident seçkisində tək namizəd kimi qeydiyyata alıb. Xatırladaq ki, prokurorluq onu dövlətdən 27 milyon avro mənimsəməkdə günahlandırmışdı. Münhen əyalət məhkəməsi isə 2014-cü ilin martında U.Hönessin 3,5 il müddətinə həbsi ilə bağlı qərar vermişdi. Lakin sonradan məhkəmə orqanı onun əvvəllər məhbusluğu olmaması və təqsirini etiraf etməsini rəhbər tutaraq vaxtından əvvəl - cari ilin fevralında məhbusluqdan azad etmişdi. Bundesliqa tarixində ən gənc futbol funksioneri kimi tarixə düşən almaniyalı mütəxəssis iyirmi yeddi il “Bavariya” klubunda menecer vəzifəsində çalışıb. Münhen klubunda futbolçu kimi də bir çox titullara yiyələnən Hönessin aktivində 336 oyuna 111 qolu var. 1972-ci ildə Almaniya millisinin heyətində Avropa və 2 il sonra dünya çempionatının qalibi olub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info