“Atışma dayandıqdan sonra Taleh Bağırzadənin tərəfdarlarını saxladıq”
Tarix: 04.10.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ötən iclasda ifadə verən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Firuz Mehdiyev təqsirləndirilən şəxslərin və vəkillərin suallarını cavablandırıb.
F. Mehdiyev bildirib ki, atışma dayandıqdan sonra Əbülfəz Bünyatovu saxlayıb: "Həmin vaxt o yaralı idi və əl-qol atırdı ki, qaçsın". O, hadisə vaxtı qadın, uşaq görmədiyini deyib. Təqsirləndirilən Aqil İsmayılov isə müstəntiq tərəfindən dindirilən zaman Firuz Mehdiyevin də orada olduğunu söyləyib. O bildirib ki, F. Mehdiyev ona təzyiq edib. Lakin F. Mehdiyev onun dediklərini təkzib edərək, səhv saldığını vurğulayıb. F. Mehdiyev təqsirləndirilən şəxslərə qarşı tələbinin olmadığını deyib. Sonra vəkil Y. İmanov ötən iclas zamanı ifadə verən şahid Ramil Salmanovun barəsində ekspertiza təyin olunması haqqında vəsatətin müzakirə edilməsini istəyib. Təqsirləndirilən şəxslər və vəkilləri vəsatəti müdafiə ediblər. Prokuror isə vəsatətin təmin olunmamasını istəyib. Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hakim vəsatətin təmin olunmadığını deyib. Sonra vəkil Fariz Namazlı ötən iclas zamanı şahidlərdən birini təhqir edən təqsirləndirilən şəxs Cahad Babakişizadənin məhkəməyə müraciət etdiyini, iclaslarda iştirak etmək istədiyini deyib. Hakim onun müraciətini qəbul edib və o, prosesə buraxılıb. Təqsirləndirilən Abbas Hüseynov isə dövlət ittihamçısına etiraz edərək, onun qərəzli münasibət göstərdiyini deyib. Hakim vəsatətin yazılı şəkildə məhkəməyə təqdim edilməsini istəyib. Sonra BMCMİ-nin əməkdaşı Mehman Teymurov ifadə verib. O deyib ki, idarəyə Taleh Bağırovla bağlı daxil olmuş məlumat əsasında əməliyyat müşavirəsi keçirilib. Müşavirədə Nardaranda əməliyyat keçirilməsinə qərar verilib. O, hadisə baş verən evdə Abbas Tağızadəni zərərsizləşdirdiyini, üzərindən qumbara və beşbarmaq çıxdığını deyib. İstintaq zamanı ifadə verən M. Teymurov isə ifadəsində göstərib ki, əməliyyat zamanı əlində beşbarmaq olan Tağızadə Abbas Hafiz oğlunu saxlayıb. Onun üstünə baxış keçirilərkən şalvarın sol yan cibindən bir ədəd alışdırıcısı ilə birlikdə əl qumbarası, əynindəki şalvarın sağ yan cibindən isə Taleh Bağırovun müraciət kitabı aşkar edilərək götürülüb. Sonra şahid dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və vəkillərin suallarını cavablandırıb. Bildirib ki, o, hadisə zamanı xəsarət almasa da, mənəvi zərər çəkib. Şahid təqsirləndirilən şəxslərə qarşı hər hansı tələbinin olmadığını da deyib. Məhkəmə prosesi oktyabrın 5-də davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info