Əli Kərimlinin miqrant biznesi
Tarix: 04.10.2016 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Əli Kərimlinin mühacir biznesi ilə məşğul olması haqqında bir neçə il əvvəl mətbuatda silsilə yazılar getmişdi, onun bəzi köməkçiləri və müavinləri vasitəsilə müəyyən məbləğ müqabilində partiya biletləri satması haqqında faktlar da ortaya qoyulmuşdu. Bu faktları elə Əli Kərimlinin partiyasından çıxan fəallar yaymışdılar. Mexnaizm isə çox sadə olub-müəyyən məbləği ödəyirsən, sənə partiya bileti verirlər, bir dəfə mitinqə çıxıb əlində plakatla şəkil çəkdirirsən və Avropaya uçaraq oradan sığınacaq istəyirsən ki, guya Azərbaycanda sənin müxalifətçi olmağın səbəbilə təzyiqlərlə üzləşmisən. Bu kimi insanların sayı isə yüzlərlədi. Əli Kərimli daha hansı əyri yollara əl atmadı axı? Onun bu köhnə adəti və qazanc yerindən əl çəkməməsi ilə bağlı yeni faktlar da ortaya çıxıb. Bununla bağlı AXCP mətbuat xidmətinin bəyanatını sizə təqdim edir:
“Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Razi Nurullayevin sədrliyi ilə yenidən formalaşdırmağa başladığımız gündən çox ciddi, radikal dəyişikliklərə getdik. Ən önəmlisi, partiyanı qaraguruhdan, şər-böhtandan, qaralama kampaniyalarından arındırdıq. Və bu kimi məsələlərdən uzaq duraraq, yalnız xalqın, dövlətin rifahına, mənafeyinə xidmət edəcək işlər görürük. Lakin biz belə davam etdikcə “Yurd” sədri Əli Kərimlinin yaxın ətrafı onun öz sifarişi ilə bizim üzərimizə daha aqressiv şəkildə hücuma keçməyə başladılar, söyüşlər, təhqirlər, "böhtanlar. Və təbii ki, zaman-zaman bu qaraguruh ordusunun böhtanlarına cavab verməyə məcbur qalırıq.
Bu günlərdə Əli Kərimlinin qaralama, şərləmə, təhqiretmə kampaniyalarının aparıcı gücü olan “azadlıq.info” saytında haqqımızda həyasızcasına yalan, böhtan dolu yazı dərc edilib. Belə ki, üzərində AXCP-nin möhürü və Əli Kərimlinin imzası olan bir sənəd fotosu paylaşılaraq bildirilib ki, guya Razi Nurullayevin partiyası miqrant alveri ilə məşğul olur, bu sənədi xaricə getmək istəyənlərə satır. Birincisi, məsələyə peşəkarlıqla yanaşsaq, bu foto edilən belə ağır ittiham üçün fakt ola bilməz. Tam əsassız və qeyri-ciddi bir yazıdır. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, hazırda AXCP-nin möhürü Əli Kərimlinin əlindədir. Əgər bizdə möhür yoxdursa, necə kiməsə möhürlü sənəd verə bilərik? Buradan da aydın olur ki, Əli Kərimli və ətrafı illərdir məşğul olduqları miqrant biznesinin məsuliyyətindən qurtulmaq üçün belə bir qaralama, şərləmə kampaniyasına başlayıblar. Öz əməllərini bizim üzərimizə atmağa çalışırlar. Hər kəsə məlumdur ki, partiyanın möhürü hər zaman ya Əli Kərimlinin özündə, ya da hazırda həbsdə olan köməkçisi Faiq Əmirlidə olub. Və Əli Kərimli, əslində, bu fotonu paylaşaraq birbaşa öz köməkçisini zərbə altında qoyur, məsuliyyəti istənilən zaman onun üzərinə atmaq üçün öncədən tədbirlər görür.Biz bundan sonra yalançı ittihamlara, böhtanlara qarşı susmayacağıq, Əli Kərimlinin adamlarının ölkədə və Avropada miqrant biznesi ilə məşğul olmalarını təsdiq edən bütün faktları ictimaiyyətə göstərəcəyik".
Bəyanatla yanaşı, xəbər saytlarında audiofakt kimi Əli Kərimovun yaxın adamı Fikrət Hüseynovun Avropadakı insan, miqrant alverini təsdiqləyən səs yazısı da yayımlanıb. Göründüyü kimi, Əli Kərimli üzə çıxan öz çirkin əməllərini ört-basdır eləmək üçün gülünc formada bu halları başqa bir şəxsin üzərinə atmağa çalışır. Axı sabah ondan Qərbdəki havadarları hesab soracaqdılar ki, yüzlərlə Avropaya “həyatı təhlükədədir” deyib yolladığın adamların heç bir siyasi fəaliyyəti olmayıb, onların üzərindən yüz minlərlə pul qazanmısan. Görünür, Əli Kərimli həm də bu qabaqdangəlmişliyi ilə özünü sığortalamağa çalışıb. Amma görünən kəndə nə bələdçi? Xalq da Əli Kərimlini çoxdan tanıyır, elə Qərb də... Sadəcə, bu gün Əli Kərimli kimilər onların əlində maşa əvəzi əşya kimi lazımdır. Azərbaycanda qarışıqlıq yaratmağa, istənilən kösövü Əli Kərimli vasitəsilə sağa-sola çevirib daha da alovlandırmağa! Ona görə də Əli Kərimlinin havadarları da artıq bu biznesi qəbul ediblər desək, yanılmarıq.
Onu da əlavə edək ki, sentyabrın 11-də Strasburqda azərbaycanlı siyasi mühacirlərin yeni təşkilatının - "Azərbaycan Naminə Demokratiya”nın (AND - "Azerbaijan Needs Democracy”) təsis iclası keçirilib. İclasda mühacirətdə olan azərbaycanlı siyasi fəallar, jurnalistlər, keçmiş dövlət məmurları və hüquq müdafiəçiləri iştirak ediblər. Milli Şuranın sədri Cəmil Həsənli və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu da iştirakçılar arasında olublar.
Əli Kərimlinin Azərbaycandan Avropa ölkələrində siyasi, həmçinin "qaçqın” statusu ilə sığınacaq istəyənlərə "yardım” etdiyi barədə sənədlər var. Həmin sənədlərə əsasən, Azərbaycanın nüfuzlu turizm şirkətlərindən biri ilə əməkdaşlıq edən Əli Kərimli bu biznesinin daha da genişləndirilməsi üçün AND təsis edib. Strasburqda qurulmuş bu təşkilat həmin turizm şirkəti ilə birlikdə işləyəcək. AND bu baxımdan Əli Kərimlinin mühacir biznesinin bir mərkəzdən idarə olunmasına imkan yaradacaq. Saxta partiya bileti (AXCP adına) və arayışların qiymətlərinə gəlincə, aldığımız mənbənin məlumatında qeyd edilir ki, bilet üçün 350-600 manat arası dəyişən qiymətlər (bu şəxsin nüfuzuna görə dəyişir), arayış üçün isə 7000 min manat qiymət nəzərdə tutulub.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info