“Çağrı mərkəzləri”nə daxil olan 17 043 müraciətin 96 faizi sorğu xarakterli olub
Tarix: 04.10.2016 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Cari ilin sentyabr ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 17 043 müraciət daxil olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bütün müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri tərəfindən operativ və dolğun şəkildə cavablandırılıb. Müraciətlərin 96 faizi və ya 16301-i aidiyyəti məsələlərlə əlaqədar sorğu xarakterli olub ki, həmin müraciətlərlə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilib. Digər müraciətlər isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Ötən ay “Çağrı mərkəzləri”nə edilən müraciətlərin 30,2 faizi sosial təminat, 11,8 faizi əmək qanunvericiliyi, 18,6 faizi nazirliyin elektron xidmətlərindən istifadə, 5,3 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 9,7 faizi məşğulluğun təminatı məsələlərinə aid olub. Eləcə də müraciətlərin 2,6 faizi fərdi uçotun təşkili, 9,6 faizi pensiya və müavinətlər, 7,9 faizi məcburi dövlət sosial sığorta, 4,3 faizi avtomatlaşdırılmış pensiya təyinatı məsələlərini əhatə edib.
Nazirliyin 142 və 190-“Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayında azalma ötən ay da davam edib. Yəni sentyabr ayında nazirliyin 142 və 190-“Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı bu ilin iyul ayı ilə müqayisədə 15 faiz, avqust ayı ilə müqayisədə isə 7,7 faiz azalıb.
142 -“Çağrı mərkəzi” vasitəsilə vətəndaşlar əlillik müayinəsinin nəticəsi və sosial yardımın alınması üçün edilən müraciətə baxılmasının cari vəziyyəti barədə də məlumat əldə edə bilirlər. Belə ki, həmin “Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsindən sonra 1 düyməsini yığan vətəndaş onun əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi ilə bağlı aparılmış müayinənin nəticəsi barədə məlumat əldə edir. Eləcə də şəxs 142-“Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini seçdikdən sonra 2 düyməsini yığmaqla, bundan sonra şəxsiyyət vəsiqəsinin nömrəsini, ailəni təmsil etmə barədə notarial qaydada təsdiqlənmiş ərizənin nömrəsinin son 4 rəqəmini daxil etməklə sosial yardımının alınması üçün etdiyi müraciətə baxılmasının cari vəziyyətini öyrənir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info