DAA-nın dünya üzrə bir sıra nümayəndəlikləri təsdiq olunub
Tarix: 04.10.2016 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlıları Assambleyası İdarə Heyətinin iclası keçirilib. İclasda bir sıra nümayəndəliklərin təsis edilməsi və bu nümayəndəliklərə rəhbərliklərin təyinatının təsdiq edilməsi müzakirə olunub. Beləliklə DAA Azərbaycan nümayəndəliyinə Könül Məmmədzadə təyin olunub. Könül Məmmədzadə haqqında qısa məlumatı diqqətinizə çatdırmaq istərdik: Könül Məmmədzadə 12.07.1977 – cı ildə Naxçıvan şəhərində dünyaya gəlib. O , Rabitə Nazirliyinin Abşeron bölgəsi üzrə mühəndis vəzifəsində işləyir. Bundan başqa O, Modern Express poçt xidməti ilə məşğul olan şirkətin rəhbəri, iş adamıdır. Digər nümayəndəlik Rusiya Federasiyası Tatarıstan Respublikasıdır. Bu nümayəndəliyə Səttarova Şamama xanım rəhbər olaraq təsdiqləndi. Şamama xanım 10.01.1975 – ci ildə Zaqatala rayonunda anadan olmuşdur. Hazırda Kazan şəhərində yaşasa da O, Bugulma şəhərində yaşayarkən bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliğ olunmasında misilsiz xidmətlər göstərmişdir və buna görə O, 2014-cü ildə şəhər merinin qərarı ilə “ilin adamı” adını qazanmışdır. Hazırda Kazanda biznes fəaliyyəti ilə məşğul olan Şamama xanım, iş adamıdır. İclasda həmçinin Rusiya Federativ Respublikasının Arxangelsk əyalətinin təsis edilməsi və bu vəzifəyə Tərlan Qasımovun rəhbər təyin edilməsinə qərar verilmişdir. Tərlan Qasımov bugünə qədər də Arxangelsk əyalətində fəal şəkildə Azərbaycan diasporasını təmsil etmişdir. Bundan başqa o biznes fəaliyyəti ilə məşğul olan iş adamıdır.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info