“Azəravtoyol“ gücləndirilmiş iş rejiminə keçir
Tarix: 04.10.2016 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


“Azəravtoyol” ASC-nin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan MMC-lərin istehsalat bazalarının payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün tədbirlər planı hazırlanıb.
 
ASC-dən verilən məlumata görə, 2016-2017-cı illər payız-qış mövsümünə hazırlıq, payıq-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək, o cümlədən vəziyyətə operativ nəzarət etmək məqsədi ilə cəmiyyətin mərkəzi aparatında qərargah yaradılıb.
 
Bundan başqa, tədbirlər planına əsasən, müntəzəm surətdə avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması, respublikanın magistral avtomobil yollarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə “Azəravtoyol” ASC-də sutkalıq növbətçilik yaradılıb.
 
Növbətçinin daxil olan məlumatları operativ şəkildə qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırılmasını təmin etmək məqsədi ilə (012) 599-79-75 nömrəli xüsusi telefon xətti, “Qaynar xətt” fəaliyyət göstərir. “Qaynar xətt” 24 saat ərzində daxil olan zəngləri qəbul edir.
 
Cəmiyyətin tabeliyində olan MMC-lərə qısa müddət ərzində yol texnikasının, maşın-mexanizmlərin və nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsini, körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpasını və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsini, yol nişanlarının, yol avadanlıqlarının, siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirmək və mövcud nöqsanları aradan qaldırılmasını, xidmət etdikləri avtomobil yollarında cari təmir işlərinin, suötürücü boruların və küvetlərin təmizlənməsini, tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatını yaradılmasını, mailliyi böyük olan sahələrdə və sərt döngələrdə səpilməsi üçün yığılmış qum və duz ehtiyatlarının səmərəli istifadə edilməsini təmin etmək tapşırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info