“Yahoo News”: “Papa Azərbaycanda mədəni müxtəlifliyi və tolerantlığı alqışlayır”
Tarix: 04.10.2016 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


“Yahoo News” xəbərlər portalı Azərbaycanın ABŞ-dakı səfirliyinin “Roma Papası Azərbaycanda mədəni müxtəlifliyi və tolerantlığı alqışlayır” sərlövhəli mətbuat üçün məlumatını açıqlayıb. Roma Papası Bakıdakı Katolik Kilsəsində Azərbaycanın katolik icması üçün messa – dini mərasim keçirib, Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Heydər Əliyev Mərkəzində çıxış edib. O, Heydər Məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, yəhudi və xristian icmalarının başçıları ilə də görüşüb. Roma Papası öz bəyanatlarında vurğulayıb ki, Azərbaycan mədəniyyətinin “incəlikləri və zənginliyi” onu valeh edib. Papa Azərbaycanı “gülərüzlüyü və qonaqpərvərliyi ilə fərqlənən ölkə” adlandırıb.
Məlumatda bildirilir ki, Roma Papasının ölkəmizə səfərini “tarixi” adlandıran Prezident İlham Əliyev bütün vətəndaşlar üçün bərabər imkanlar yaradan dünyəvi və müasir cəmiyyət ənənələrinin qorunub saxlanılmasına Azərbaycanın sadiqliyini bir daha təsdiq edib. Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzində çıxışında deyib: “Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşamışlar”. Azərbaycanın Şərq ilə Qərb arasında həmişə körpü rolunu oynadığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Bu, həm coğrafi, eyni zamanda, mənəvi körpüdür”.
Roma Papası Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının dəfn edildiyi Şəhidlər xiyabanında olub.
Sonda məlumatda bildirilir ki, II İohann Pavel Bakıya səfər edən ilk Roma Papası olub. Onun bu səfəri 2002-ci ilin mayında baş tutub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info