Rusiya Suriyada hava hücumundan müdafiə sistemləri yerləşdirir
Tarix: 04.10.2016 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


ABŞ-ın «Fox News» televiziya kanalı üç naməlum mənbəyə istinad. edərək, Rusiyanın Suriya ərazisinə «PVO S-300VM» sistemini yerləşdirməsi barədə məlumat yayıb. Telkanal bu sistemin xüsusiyyətləri barədə danışarkən, onun əsas məqsədinin ABŞ-ın təyyarə və qanadlı raketlərinin ələ keçirilməsi kimi dəyərləndirib. ABŞ mənbələrinə görə, «S-300» sistemi hazırda Rusiyanın Tartusdakı bazasında yerləşdirilib. ABŞ kəşfiyyatının məlumatına görə, sistemin komponentləri hələ ki, səfərbər vəziyyət gətirilməyib.
Qeyd edək ki, bu sistemlərin kimə qarşı nəzərdə tutulduğu sualına ABŞ rəsmiləri istehza ilə «təbii ki, terrorist qrupların Suriyada nə təyarələri, nə də qanadlı paketəlri mövcuddur» -deyə, xatırladıblar.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatları Dəməşqə qarşı hərbi əməliyyatları istisna etməyib. Vaşinqtonun Rusiya ilə Suriyaya bağlı danışıqlara xitam verməsindən sonra, ABŞ rəhbərliyi Suriyanın hərbi hədəflərinə zərbələr endirmək kimi, "ehtiyat" variantları nəzərdən keçirir.Bir müddət bundan əvvəl Dövlət Departamentinin sözçüsü Con Kirbi Amerika Birləşmiş Ştatlarının Suriyada atəşkəs haqqında Rusiya ilə ikitərəfli əməkdaşlığa son verdikdən sonra, hava münaqişələrinin qarşısını almaq üçün yalnız hərbi kanalları tərk etdiklərini bəyan etmişdi.
Rusiya Xarici İşlər Nazirliyi tərəfindən qeyd edildiyi kimi, Dövlət Departamentinin bəyanatı dərin məyusluğa səbəb ola bilər. Məhz buna görə, Moskva vəziyyəti yenidən qiymətləndirmək üçün Vaşinqtona çağırış edir. «Suriya terrorçuların yeni hücumlarına məruz qalarsa, bunun əsas günahkarı kimi ABŞ göstəriləcək»-deyə,bəyanat yayan Rusiyanın Xarici İşlər Nazirliyi onu da əlavə edib ki, Amerika Birləşmiş Ştatları Suriya nizamlanması üzrə əsas öhdəliklərini ödəmək üçün uğursuz cəhddən sonra əsas məsuliyyəti Rusiyanın üzərinə yıxmağa çalışır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info