Pirallahını sahillə birləşdirən yeni körpü tikilib
Tarix: 04.10.2016 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsünün tikintisi başa çatıb.
Bu haqda məlumat verən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, körpü ətrafında son tamamlanma işləri həyata keçirilir:
 
“Hazırda Pirallahı qəsəbəsinə gedən kommunikasiya (rabitə, elektrik su və kanalizasiya, qaz) xətlərinin köçürülməsi işləri aparılır ki, bu işlər də yekunlaşmaq üzrədir. Kommunikasiya xətlərinin körpünün alt hissəsindən keçirilməsi üçün hər bir istiqamət üzrə xüsusi dəmir konstruksiyalar da quraşdırılıb. Kommunikasiya xətlərinin yuxarı qaldırılaraq körpünün altından keçirilməsinə səbəb isə gəmilərin rahat və maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçid hissəsinin açılmasıdır.
Artıq sözügedən keçid hissənin də açılmasına start verilib. Bundan başqa, Pirallahı qəsəbəsini körpü ilə birləşdirən mövcud avtomobil yolunun da yenidən qurulmasına başlanılıb. Layihə çərçivəsində Qala-Pirallahı 1-ci texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun 2-ci texniki dərəcəyə uyğun yenidənqurulması da nəzərdə tutulub”.
 
Qurum rəsmisi bildirib ki, 730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq.
 
Qeyd edək ki, Körpünün tikintisi Azərbaycan  Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq aparılıb. 
“Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və yol boyunca sahil bərkitmə işlərinin aparılması” layihəsi üzrə tikinti işlərinə 2012-ci ilin sentyabr ayında başlanılıb.
Körpünün tikintisi illik investisiya proqramlarına uyğun olaraq mərhələli olaraq aparılıb. Layihə çərçivəsində inşa edilmiş və Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, yanaşma yolları ilə birlikdə uzunluğu isə 1360 metrdir. Körpünün eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir (42x4 + 86 + 42x4 = 422 m).
Bütün işlər “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info