“Nizami” layihəsi çərçivəsində növbəti görüş keçirilib
Tarix: 04.10.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


25-29 sentyabr 2016-cı il tarixdə İsveçin Upsala Universitetində “Azərbaycanda doktorantura təhsilinin vahid Avropa Ali Təhsil Məkanının standartlarına uyğunlaşdırılması və strukturlaşdırılması” (“Nizami”) layihəsinin üçüncü seminarı keçirilib.Qeyd edək ki, layihənin ilkin işçi görüşü 6-10 dekabr 2015-ci il tarixdə Fransanın Monpelye Universitetində baş tutub.
Seminarın keçirilməsində əsas məqsəd bir il ərzində görülən işlərin müzakirəsi və gələcək fəaliyyət planının müəyyənləşdirilməsindən ibarət olub. Seminarda layihənin tərəfdaşları olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qafqaz Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universitetindən, Avropadan isə 4 ali təhsil müəssisəsindən nümayəndələr iştirak edib.
Naxçıvan Dövlət Universitetini seminarda rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov və layihənin universitet üzrə əlaqələndiricisi elmi işlər üzrə prorektor, dosent Mübariz Nuriyev təmsil ediblər.
Məlumat üçün bildirək ki, Azərbaycanın qabaqcıl tədris ocaqlarından olan Naxçıvan Dövlət Universiteti 2011-ci ildə “Erasmus+” , “Erasmus Humeria” layihələrinə qoşulub. Tədris ocağı həmçinin Avropa Birliyinin 7 Tempus layihəsinin də iştirakçısıdır. Layihələr çərçivəsində universitet əməkdaşlarının müxtəlif xarici ölkələrdə konfranslarda iştirakı təmin edilır, tələbə və müəllim mübadiləsi həyata keçirilir, eləcə də xarici mütəxəssislərin universitetdə görüşləri və dərsləri təşkil olunur.
“Nizami” layihəsinin seminarında Azərbaycanda doktorantura təhsilinin yaradılması, təşkili qaydaları və mövcud vəziyyəti ilə bağlı təqdimatlar dinlənilib, həmçinin Avropada doktorantura təhsilinin təşkili qaydaları müzakirə olunub və Azərbaycanın doktorantura təhsili ilə müqayisələr aparılıb.
Seminar sentyabrın 29-da başa çatıb.

Nərmin Cabbarova
NDU-nun
Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info