“Azərbaycan iqtisadiyyatına maraq göstərən İran şirkətlərinin sayı çoxalıb”
Tarix: 04.10.2016 | Saat: 21:52:00 | E-mail | Çapa göndər



Şahin Mustafayev:
“Bu ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 65 faiz artıb”

İqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və İran dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, xüsusilə son üç ildə bu görüş və səfərlərin intensivləşməsinin ölkələr arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. İqtisadi sahədə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlıq perspektivlərindən danışan Ş.Mustafayev qeyd edib ki, bu ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 65% artıb, Azərbaycana iqtisadiyyatına maraq göstərən İran şirkətlərinin sayı çoxalıb. Bildirilib ki, enerji, nəqliyyat, kənd təsərrüfatı və səhiyyə sahələrində əlaqələr uğurla davam etdirilir, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, ölkəmizdə İran tərəfindən dərman istehsalı zavodunun tikintisi layihəsi üzrə işlər görülür, ölkəmizə gələn iranlı turistlərin sayı artır. Neftçala Sənaye Məhəlləsində Azərbaycan-İran birgə layihəsi olan avtomobil zavodunun təməlinin qoyulduğunu qeyd edən nazir Ş.Mustafayev İran şirkətlərini, xüsusilə də Şərqi Azərbaycan və Gilan vilayətlərindən olan iş adamlarını sənaye parkları və məhəllələrində yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib. Diqqətə çatdırılıb ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisi ilə bağlı oktyabr ayında Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək. Ə. Fəzli ölkələr arasında əməkdaşlığın inkişaf etdiyini, Azərbaycan-İran əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Dünyadakı neqativ iqtisadi proseslər fonunda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artmasının əhəmiyyətini qeyd edən nazir turizm, İKT, maliyyə, nəqliyyat və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Görüşdə İranın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə, Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə və Gilan vilayətinin valisi Məhəmmədəli Nəcəfi iştirak ediblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info