Rentgeni yeni sistem əvəz edəcək
Tarix: 04.10.2016 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları ətraf mühitin təsiri, məsələn, insan toxumasından keçməsi ilə yayılan işığın qrafik informasiyasının bərpası üçün innovativ metodika hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, innovativ texnologiya rentgen şüalanma əvəzinə, elektromaqnit şüa spektrinin görünən hissəsindən istifadə edəcək tamamilə yeni tibbi vizuallaşdırma sistemlərinin yaradılması ilə nəticələnə bilər ki, bu da əksər tibbi prosedurların təhlükəsizliyini artırmağa imkan verəcək. Yeni texnologiya tərtibatçılarının sözlərinə görə, görünən işıq özündə rentgen şüaları və ya ultrasəs dalğaları ilə müqayisədə daha çox informasiya daşıyır. Buna görə texniki görmə sistemlərinin inkişafı institut mütəxəssislərinin işinin əsas istiqamətlərindən birini təşkil edir.
Eksperimentlərdə tədqiqatçılar lazer şüasını qalın plastik təbəqədən keçiriblər. Sonra şüa insan toxumalarını imitasiya edən material qatının içindən keçirilib. Qalın material qatlarında yayılan işıq siqnalının gəlmə vaxtını ölçən yüksəksürətli kameralarla toplanıb. Sonra xüsusi alqoritm lövhədə şəkilin dəqiq təsvirini yaratmaq üçün şəkilləri emal edib.
Tədqiqat qrupunun üzvlərindən birinin sözlərinə görə, gözlərin elektromaqnit şüa spektrinin yalnız dar hissəsinə həssas olmasının səbəbi görünən işığın və materiyanın bir-birinə digər şüalanma tiplərindən daha çox təsir etməsidir. Məhz buna görə rentgen şüaları insan bədəninin içindən keçsə də, özündə az informasiya daşıyır. Rentgen fotoşəkilləri ilə toxumanın növünü müəyyənləşdirmək, qanaxmanı və s. vacib şeyləri görmək qeyri-mümkündür.
Beləliklə, Massaçusets Texnologiya İnstitutunda hazırlanan yeni vizuallaşdırma texnologiyası bütün tibb elmində köklü dəyişikliklərə səbəb ola bilər. Mütəxəssislər yeni texnologiyanın təkcə tibdə deyil, həm də avtomobillər üçün sürücüsüz sürmə sistemlərinin hazırlanmasında tətbiq ediləcəyini düşünürlər.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Xərçəng necə yaranır?
12.10.2019
Göz üçün faydalı qidaların siyahısı
12.10.2019
Kişi sağlamlığı üçün ən faydalı maddə - Pomidor, qreypfrut və itburnuda var
09.10.2019
Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
07.10.2019
Suşinin ölümcül təhlükəsi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info