1500-ə qədər məzun attestat almayacaq
Tarix: 27.03.2013 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


2012-2013-cü tədris ilində peşə liseylərinin 1441 nəfər məzunu attestat ala bilməyəcək.
Bunu “Trend”ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, martın 17-də respublikanın bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün keçirilən buraxılış imtahanlarında 924 nəfər ana dilindən, 828 nəfər isə riyaziyyatdan iki qiyməti alıb. İmtahanda iştirak edən 4675 şagirdin yalnız 4 nəfəri ana dilindən beş alıb. Riyaziyyatdan isə beş qiyməti alan olmayıb. Şagirdlərin 84 nəfəri ana dilindən, 96 nəfəri riyaziyyatdan dörd, 3663 nəfəri ana dilindən, 3751 nəfəri riyaziyyatdan üç qiyməti alıb.
Nağızadə bildirib ki, buraxılış imtahanı verən Azərbaycan bölməsinin məzunları ana dili və riyaziyyat fənlərinin hər birindən 0-4 suala düzgün cavab verdikdə iki, ana dilindən 5-16, riyaziyyatdan 5-15 suala düzgün cavab verdikdə üç, ana dilindən 17-25, riyaziyyatdan 16-25 suala düzgün cavab verdikdə dörd, ana dilindən 26-30, riyaziyyatdan 25-30 suala düzgün cavab verdikdə beş qiyməti alıblar. Rus bölməsinin məzunları üçün riyaziyyat fənni üzrə düzgün cavab verməsi tələb olunan sualların sayı elə Azərbaycan bölməsində olduğu kimidir. Ancaq ana dilindən 0-4 suala düzgün cavab verənlər iki, 5-16 suala düzgün cavab verənlər üç, 17-24 suala düzgün cavab verənlər dörd, 25-30 suala düzgün cavab verənlər isə beş qiyməti alıblar.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info