Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi artıb
Tarix: 05.10.2016 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Bu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 365 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% çoxdur.
 
Heydər Əliyev Beynəlxalq HavaLimanının mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə, 2016-cı ilin ötən 9 ayı ərzində Bakı havalimanı 2,5 milyon sərnişinə xidmət göstərib. Onlardan 1,5 milyon nəfəri AZAL aviaşirkətinə üstünlük verib. Bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 13% çoxdur.

Bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 11,4 mln. ton yük daşınıb.
 
AZAL-ın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə 431 min sərnişin daşınıb ki, bu da ümumi sərnişin dövriyyəsinin 15%-ini təşkil edir.
 
Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 38,3%-i onların payına düşür. 2016-cı ildə ən məşhur istiqamətlərin siyahısına həmçinin Antalya, Tehran və Tbilisi daxil olub. Bu il sərnişinlərin böyük axını İraqın Bağdad, Bəsrə və Ən-Nəcəf şəhərlərindən müşahidə olunub. Onların ümumi sayı təxminən 60 min nəfər təşkil edib.
 
2016-cı ildə "Pegasus", "Iraqi Airways", "Fly Baghdad", "ATA Airlines", "Air Cairo" və "Komaviatrans" aviaşirkətləri Azərbaycana uçuşlara başlayıb.
 
Qış mövsümü üçün uçuş cədvəlinin qüvvəyə minməsi ilə (30 oktyabr) Rusiyanın "Pobeda" lou-kosteri (Rostov-Bakı) və İranın Mahan Air aviaşirkəti (Tehran-Bakı) müntəzəm uçuşlara başlayacaq.
 
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
 
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev BeynəlxalqHava Limanı 4 ulduza layiq görülüb.


Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info