Diaspor üzvü erməniləri bir daha ifşa edib
Tarix: 05.10.2016 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, 2014-cü ildə iyunun 1-də keçirilən nümayiş zamanı Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının söylədiyi "Qarabağ ermənilərə məzar olacaq" ifadəsi, erməni diasporları arasında ciddi narazılığa səbəb olmuşdu. Bu səbəbdən 14 sentyabr 2016-cı il tarixində İlhan Aşkının Hollandiyada fəaliyyət göstərən erməni diaspora təşkilatları tərəfindən "ermənilərə qarşı ayrıseçkilik" maddəsi ilə məhkəməyə verilib. İlhan Aşkının verdiyi məlumata görə oktyabrın 4-də isə müstəntiqlər tərəfindən dindirilmə prosesi həyata keçirildi: “Dindirilmədə mən, 2 vəkilim, 2 müstəntiq və tərcüməçi iştirak edirdi. Dindirilmə 4 saat davam etdi. Müxtəlif çaşdırıcı suallarla və nümayişdən hazırladıqları materiallarla ifadəmi "ermənilərə qarşı ayrı-seçkilik və erməniləri hədələmə" yönünə çəkməyə çalışırdılar. Təbii ki, bunların hamısı cəfəngiyyatdır və mən onlara bizim mübarizəmizin Hollandiyadakı ermənilərlə deyil, Xocalı qətliamında əli olan və işğalçılıq ideologiyasını dəstəkləyən ermənilərlə olduğunu söylədim. Bundan əlavə, müstəntiqlərə Zori Balayan və Xocalı qətliamı haqqında kitab və CD-lər təqdim etdim. Sonda isə, istənilən halda Qarabağ məsələsi həll olunmayanadək, bu mübarizəmizdən geri çəkilməyəcəyimizi və sona qədər gedəcəyimizi vurğuladım. Ümumilikdə, təxmini 100-ə yaxın sual verildi və 15 səhifəlik izahatım alındı. Müstəntiqlər isə bu izahatın prokurorluğa verəcəklərini və yekun qərarın Amsterdam prokurorluğu tərəfindən veriləcəyini söylədilər. İşin məhkəməyə gedib-getməyəcəyinə tezliklə qərar veriləcək. Ümid edirəm, iş məhkəməyə getmədən bağlanacaq. Məsələ məhkəməyə aparılarsa, mübarizəmizdə qətiyyətliyik və bu mübarizədən qalib ayrılacağımıza əminik. Sonda isə bu mübarizəmdə mənə mənəvi dəstək duran bütün dostlarıma təşəkkürümü bildirirəm”.

Fuad





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info