Əlilliyi olanlar 25266 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib
Tarix: 05.10.2016 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası istiqamətində görülən işlər sırasında bu təbəqədən olan vətəndaşların protez-ortopedik məmulatlarla təminatı mühüm yer tutur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,
cari ilin 9 ayında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 10989 nəfər əlilliyi olan şəxsə protez-ortopedik xidmətlər göstərilib. Onlardan 1293 nəfəri Qarabağ müharibəsi əlillərindən ibarət olub.
Hesabat dövründə əlilliyi olan şəxslər 1093 ədəd əlil arabası, 715 ədəd aşağı ətraf protezi, 925 ədəd aşağı ətraf ortezi, 1280 cüt dirsəkaltı ağac, 662 ədəd dördayaqlı dayaq vasitəsi, 569 ədəd bel və boyun nahiyəsi üçün korset, 3546 cüt ortopedik ayaqqabı, 2457 cüt protez ayaqqabı, 525 ədəd eşitmə aparatı, 6649 ədəd müxtəlif reabilitasiya vasitəsi, 1945 ədəd əsa və s. ilə təmin olunublar. Onlara məxsus 682 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın isə təmiri işləri aparılıb.
Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslərə 25266 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib. Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 529 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info