Ağstafa taxıl və un məmulatları kombinatında tikinti işləri davam edir
Tarix: 05.10.2016 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Ağstafa taxıl və un kombinatının tikinti işləri davam edir.Kombinata daxil olan taxıl toxumu emalı müəssisəsinin tikintisi artıq başa çatıb, çörək və yarımfabrikatlar istehsalı müəssisəsində, eləcə də digər obyektlərdə tikinti-quraşdırma işləri layihəyə uyğun olaraq aparılır. Yaxın günlərdə dəyirman binasının da tikinti işlərinə başlanılacaq.
Kombinatın tikintisində 350 nəfər fəhlə və mütəxəssis çalışır. Tikinti üçün 3,5 hektar torpaq sahəsi ayrılıb və layihənin smeta dəyəri 31,1 milyon manat təşkil edir. Müəssisə işə salındıqdan sonra burada 210 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ağstafa taxıl və un məmulatları kombinatının layihəsinə 6000 hektar torpaq sahəsində müasir taxılçılıq təsərrüfatının, 30 min ton tutuma malik taxıl anbarının, toxum emalı müəssisəsinin, un, çörək və qənnadı istehsalı zavodlarının, “Fast food” iaşə obyektinin yaradılması daxildir.
Layihə çərçivəsində mədəniyyət mərkəzi, 300 oturacaq yerlik konfrans zalı və 140 yerlik yeraltı avtomobil dayanacağı da inşa olunacaq.


Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info