Azərbaycan ilə Özbəkistan arasında hərbi əməkdaşlıq müzakirə edilib
Tarix: 05.10.2016 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Özbəkistan Respublikasında səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 5-də bu ölkənin müdafiə naziri, general-polkovnik Kabul Berdiyev ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının möhkəm dostluq üzərində qurulduğunu və bu əlaqələrin daim genişləndiyini xüsusi qeyd edən Z.Həsənov ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində işbirliyinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyət barədə Özbəkistan tərəfinə məlumat verilərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədə təhlükəsizliyə və sabitliyə əsas təhdid olduğu qeyd edilib. Bu münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll olunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin münaqişə ilə bağlı status-kvo qəbuledilməzliyi qeyd olunub.
Nazir K.Berdiyev dövlətlərimizin əlaqələrinin möhkəm tarixi təmələ və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Özbəkistanın və Azərbaycanın vacib tərəfdaşlar olduqlarını vurğulayıb. O, ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini deyib.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri, o cümlədən təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Səfər çərçivəsində Müdafiə Nazirliyinin nümayəndə heyəti Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Akademiyası və Daşkənd Ali Ümumqoşun Komandirlər Məktəbini də ziyarət edib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info