Azərbaycanla Gürcüstan gömrükçüləri bir sıra məsələləri müzakirə ediblər
Tarix: 05.10.2016 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Tbilisi şəhərində Azərbaycan gömrük orqanları və Gürcüstanın aidiyyəti orqanlarının əməkdaşları arasında görüş keçirilib.
 
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Gürcüstan tərəfinin dəvəti ilə bu ölkənin Maliyyə Nazirliyində təşkil olunan görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın maliyyə naziri Nodar Xaduri, Gürcüstan Gömrük Xidmətinin rəhbəri Vladimer Xundadze və digər məsul vəzifəli şəxslər iştirak edib.
 
Görüşdə əsas məqsəd Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası və yaxın müddət ərzində istifadəyə veriləcəyi nəzərə alınaraq, gömrük orqanlarının üzərinə düşən məsələlərin həlli, gömrük qaydalarının qarşılıqlı şəkildə müəyyən edilməsi, qatarların və heyətin rəsmiləşdirilməsi üzrə lazım olan tədbirlərin əvvəlcədən planlaşdırılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi anına qədər hazırlıq işlərinin tamamlanması olub.
 
Eyni zamanda, görüşdə Azərbaycan və Gürcüstan arasındakı keçid məntəqələrində  infrastruktur imkanlarının genişləndirilməsi, nəzərdə tutulan yeni infrastrukturun (Sadıxlı-Mtkvari gömrük postunun yaxınlığında avtomobil və sərnişinlərin keçidi üzrə yeni sərhəd-gömrük buraxılış məntəqəsi) yaradılması işinin təşkili barədə müzakirələr aparılıb.
 
Bununla yanaşı, tərəflər iki ölkənin gömrük xidmətləri arasında məlumat mübadiləsi üzrə əldə olunmuş razılaşma əsasında işlərin texniki cəhətdən davam etdirilməsi və zəruri təşkilati işin tamamlanması, eləcə də iki ölkə arasında qarşılıqlı ticarət əlaqələri zamanı fitosanitar və digər sertifikatların mübadiləsi və bu mübadilənin elektron qaydada aparılması məsələləri üzrə işçi görüşlərin təşkilini müzakirə ediblər.
 
Görüşdə bu məsələlərin önəmi nəzərə alınaraq sözügedən sahədə müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.


Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Kənd Təsərrüfatı Nazirliyi 600-ə yaxın vakant vəzifə üzrə işə qəbul elan edib
14.11.2018
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
14.11.2018
Azərbaycanlı sahibkarlar Rumıniyaya investisiya yatırmağa dəvət olunub
14.11.2018
“AzerGold” QSC qızıl hasilatını artırıb
14.11.2018
Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info