Cəfər Cəfərov: “Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır”
Tarix: 05.10.2016 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Oktyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Beynəlxalq Müəllimlər Günü münasibətilə iştirakçıları təbrik edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab olunur. Məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu gün müstəqil dövlətimizin daha da güclənməsində fəal iştirak edən, cəmiyyətdə layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin bəhrələridirlər. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdırlar.Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğıdan danışan C.Cəfərov qeyd edib ki, ulu öndər müəllim adını, müəllim əməyini yüksək qiymətləndirib. Hazırda bu siyasət uğurla davam etdirilir. Elm və təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edən Prezident İlham Əliyev yeni və müasir məktəb binalarının inşa edilməsinə, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, onların kompyuterləşdirilməsinə xüsusi diqqət yetirir. Əvvəlki illərdə olduğu kimi yeni tədris ilində də respublikamızda məktəblərin infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib. Eyni zamanda, məktəblərin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı sahəsində mühüm işlər görülüb.
Son illər Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması üçün böyük işlər görüldüyünü diqqətə çatdıran C.Cəfərov bildirib ki, təhsil sahəsinin inkişafinda xüsusi xidmətləri ilə seçilən müəllimlərin əməyi qiymətləndirilir, onlar dövlət tərəfindən təltif edilirlər. Rektor respublikamızda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd edib.
ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov ölkəmizdə təhsilə, elmə göstərilən diqqət və qayğıdan danışıb.
Sonda tələbələr müəllim gününə həsr olunan ədəbi-bədii kompozisiya göstəriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info