Yeni nazirlər Ermənistanı hara aparacaq?
Tarix: 05.10.2016 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Siyasi analitiklərin fikrincə, yeni hökumət problemlərin öhdəsindən gəlmək iqtidarında deyil

«Biz ibtidai oğurluğu aradan qaldırmaq üçün kifayət qədər mürəkkəb mexanizmlər seçmişik». “1-ci informasiya”nın yaydığı məlumata görə, bu fikirləri yeni təyin edilmiş baş nazir Karen Karapetyan dövlət orqanları nümayəndələrinin xarici səfərləri üçün bilet alınması ilə bağlı məssələnin müzakirəsi zamanı bildirib. Təbii ki, baş nazirin bu fikirləri son günlər Ermənistanda geniş müzakirə obyekti olsa da, erməni reallığı daha sadə və aydındır. Belə ki, Ermənistanın dövlət sistemi ibtidai cibgirlikdən professional, genişmiqyaslı quldurluq yolunu seçib. Bu oğurluq ölkəyə daxil olan kredit və qrant proqramları sahələrində daha çox müşahidə edilib.
Qeyd edək ki, yeni nazirin etirafına görə, sosial, səhiyyə, enerji, kənd təsərrüfatı, su təsərrüfatı, hətta məhkəmə sistemində belə, genişmiqyaslı soyğunçuluq halları baş verib. Karapetyanın sözlərinə görə, ölkənin dövlət büdcəsinə daxil olan kreditlərin israfı milli təhlükəsizlik və ictimai təhlükəsizlik üçün böyük təhlükə yaradıb.
“Əlbəttə, Ermənistandakı yoxsul iqtisadi vəziyyət haqqında baş nazirin sözlərini bir fakt kimi qəbul etmək lazım gəlsə də, gələcəkdə Ermənistanı daha pis günlər gözlədiyi anlamına da gəlməsi doğru olmazdı». Bu fikirləri isə başqa birisi, yeni təyin edilmiş maliyyə naziri Vardan Aramyan bildirib.
Son iki ildə Ermənistana xaricdən daxil olan pul köçürmələrinin 700 milyon dollar, bu il isə 140 milyon dollar azaldığını nəzərə çatdıran yeni nazir, bunun ölkədə iqtisadi artıma mənfi təsirini qeyd edib. Bununla belə o, 2017-ci ildə ölkədəki iqtisadi artım göstəricisinin 3,2 faiz təşkil edəcəyini və əsas iqtisadi artımın kapital xərcləri nəticəsində gözlədiyini ehtimal edir.

Son iki ildə Ermənistana xaricdən daxil olan pul köçürmələrinin 700 milyon dollar, bu il isə 140 milyon dollar azaldığını nəzərə çatdıran yeni nazir, bunun ölkədə iqtisadi artıma mənfi təsirini qeyd edib

Qeyd edək ki, ermənistanlı siyasi analitik Armen Baqdasaryan isə başqa cür düşünür. Baqdasaryanın fikrincə, bu gün Ermənistanın iqtisadi problemlərlə qarşı-qarşıya qalmasının başlıca səbəbi ölkəsindəki siyasi amillərlə bağlıdır. Məhz buna görə də, bu məsələləri hər şeydən əvvəl yetkin bir siyasi komanda həll edə bilər: «Ermənistandakı iqtisadi problemlər – blokadadan başlamış ölkədəki korrupsiya, rəqabətin olmaması, inhisar, təbii ki, siyasi komanda tərəfindən öz həllini tapmalıdır».
Siyasi analitikin təbirincə, Ermənistanda texnokrat və menecerlər tərəfindən təşkil edilmiş yeni hökumət «siyasi komanda» məfhumundan çox uzaqdır və belə görünür ki, onlar bu problemlərin öhdəsindən gəlmək iqtidarında olmayacaqlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info