BMT İnkişaf Proqramı bioloji müxtəlifliyin qorunmasına dair Milli Strategiyanı dəstəkləyir
Tarix: 05.10.2016 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


BMT İnkişaf Proqramı (BMTİP) Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiqini dəstəkləyir.
BMT-nin Azərbaycan nümayəndəliyindən bildiriblər ki, BMTİP rezident nümayəndəsi Qulam İshaqzai hökumətlə əməkdaşlığın qarşıdakı beş il ərzində gücləndirilməsində Milli Strategiyanın rolunu vurğulayaraq deyib: “Milli Strategiya bu sahədə islahatların aparılmasına təkan verməklə yanaşı, bioloji müxtəliflik və ətraf mühitin mühafizəsi üzrə proqram fəaliyyətlərində BMTİP ilə hökumət arasında əməkdaşlığın artırılmasına müsbət təsir göstərəcək. BMTİP bioloji müxtəliflik, həmçinin ekosistemin idarə edilməsində Qlobal Ekologiya Fondu, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığını davam etdirəcək”.
Bioloji müxtəliflik üzrə birinci Milli Strategiya və Fəaliyyət Planı həyata keçirildikdən sonra Azərbaycanda qorunan ərazilərin sahəsi 5 faizdən 11,3 faizə, meşə örtüyü sahəsi isə 11,4 faizdən 12,1 faizə qədər artıb. Azərbaycanda artıq səkkiz milli park təsis olunub və hazırda iki milli park yaradılır.
Azərbaycan hökuməti ikinci Milli Strategiyanı BMTİP ilə sıx tərəfdaşlıq çərçivəsində iki il müddətində hazırlayıb. Strategiyanın əsas məqsədi genetik resursların səmərəli istifadəsi, bioloji müxtəlifliyin müdafiəsi, ekoloji dayanıqlılığın təkmilləşdirilməsi, xüsusi mühafizə olunan ərazilərin yaradılması, bioloji müxtəlifliyə təsir edəcək risklərin azaldılması və bu sahədə cəmiyyətin maarifləndirilməsidir.
Təsdiq edilmiş Milli Strategiya Bioloji Müxtəliflik üzrə Konvensiya ilə sıx bağlıdır. Bu Konvensiya dünya ictimaiyyətinin dayanıqlı inkişafa olan öhdəliyi nəticəsində hazırlanıb və 1993-cü il iyunun 4-də 168 üzv ölkənin imzası ilə qəbul edilib. Azərbaycan Konvensiyaya 2000-ci ilin martında qoşulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info