Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
Tarix: 06.10.2016 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Oktyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, Elmi Şuranın iclasında Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncamı və AMEA-nın Rəyasət Heyətinin qərarı ilə bağlı institutun tədbirlər planı haqqında şura üzvlərinə ətraflı məlumat verib. İclasda institutda Təhsil şöbəsinin yaradılması, görkəmli səfəvişünas alim Oqtay Əfəndiyevin 90 illik yubileyinin keçirilməsi, institutun əməkdaşlarının monoqrafiya və məqalələrinin çapa məsləhət görülməsi haqqında qərar verilib. Çapa məsləhət görülmüş monoqrafiyalar arasında tarixçi-alimlər İradə Bağırova və Sevinc Əliyevanın “Şimali Qafqazın türk xalqlarının tarixi”, Kamran İsmayılovun “Naxçıvan regional hərbi-siyasi proseslərdə (1917-1920-ci illər)”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi İmaş Hacıyevin “Keşikçidağ” mağara-məbədlər kompleksi və s. adlı mühüm kitablar var. Y.Mahmudov bildirib ki, “Keşikçidağ” qədim Azərbaycan-alban məbədidir: “2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə “Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılıb. Prezident şəxsən özü qoruğun açılışında iştirak edib. “Keşikçidağ” Azərbaycan torpağıdır və bu gün də Azərbaycan ərazisindədir”. Daha sonra Elmi Şuranın iclasında direktor müavinləri Cəbi Bəhramov və Tofiq Nəcəfli institutun çapa hazırladığı “Zəngəzur tarixi” və “Şəki tarixi” adlı fundamental kollektiv monoqrafiyaların vəziyyəti barəsində şura üzvlərinə məlumat veriblər. İclasda bildirilib ki, Tarix İnstitutunun təşkilatçığı ilə II Azərbaycan Elm Festivalı çərçivəsində Şəki tarixinə həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulub. Sonda Tarix İnstitutunda yeni yaradılmış “İctimaiyyətlə əlaqələr” şöbəsinin təqdimatı keçirilib.






 
Bölməyə aid digər xəbərlər
18.10.2019
“Naxçıvan kuboku – 95” beynəlxalq turniri başa çatıb
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info