BMT: “69 milyon müəllimə ehtiyac var”
Tarix: 06.10.2016 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


2030-cu ilin təhsil hədəfini bütün insanlara ədalətli və keyfiyyətli təhsil imkanı təmin etmək təşkil edir

5 oktyabr 1966-cı ildə UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis edilib.

Ən böyük müəllim
çatışmazlığı Afrika ölkələrindədir

BMT-nin təhsil və mədəniyyət təşkilatı olan UNESCO, 5 oktyabr Dünya Müəllimlər Günündə qlobal miqyasdakı müəllim çatışmazlığına diqqət çəkib. UNESCO tərəfindən Almaniyanın Bonn şəhərində yayılan açıqlamaya görə, 2030-cu ilə qədər dünyada orta məktəblərdə təxminən 69 milyon müəllimə ehtiyac olacaq. UNESCO təqaüd, əlavə müəllim ehtiyacı və artan qaçqın uşaqların sayı ilə bağlı gələcək 14 il içərisində ibtidai siniflərdə təxminən 24 milyon 400 min, yuxarı siniflərdə isə 44 milyon 400 min yeni müəllimə ehtiyac olacağını açıqlayıb. UNESCO-nun məlumatına görə, ən böyük müəllim çatışmazlığı Afrika ölkələrindədir. Bu bölgədə 2030-cu ilə qədər orta məktəblərdə təxminən 17 milyon müəllimə ehtiyac olacaq.
Müəllim çatışmazlığının ən çox olduğu ikinci bölgəni isə Cənubi Asiya ölkələri təşkil edir. Bu ölkələrdəki uşaqların 65 faizi ibtidai sinifdən sonra da təhsilə davam etdiyi üçün xüsusilə yuxarı siniflərdə böyük nisbətdə ixtisaslı müəllimə ehtiyac var.
UNESCO bir çox böhran ölkələrində də davam edən qarşıdurmaların təhsilin qarşısını aldığını qeyd edib. Suriya və İraqda müharibə və terror təşkilatı olan “İŞİD”-lə bağlı təhsil sisteminin böyük bir hissəsinin məhv edildiyinə diqqət çəkən UNESCO, bu ölkələrə qonşu ölkələrdəki təhsil sisteminin də sığınacaq axtaran uşaqların sayının çoxluğu səbəbiylə çətin bir vəziyyətdə olduğunu vurğulayıb.
"Təhsil bir insan haqqıdır" deyən UNESCO Komissiyasının İdarə heyətinin üzvü Walter Hirche, təhsilin fərdi və ictimai inkişafın, davamlı bir inkişafın əsas şərti olduğuna diqqət çəkib. Qeyd edək ki, BMT-nin 2030-cu ilin təhsil hədəfini, bütün insanlara ədalətli və keyfiyyətli təhsil imkanı təmin etmək təşkil edir.

Hazırda Azərbaycanda 7 minədək təhsil müəssisəsində təxminən 200 min pedaqoq çalışır
Həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramı olan Beynəlxalq Müəllimlər Günü ölkəmizdə 1993-cü ildən qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Təsadüfi deyil ki, XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, həmin təhsil müəssisələrinin əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla yanaşı, həm də onların məsuliyyətini artırır. Qeyd edək ki, bu günlərdə ölkə başçısının sərəncamı ilə bir qrup təhsil işçisinə fəxri adlar verilib.
Hazırda Azərbaycanda 7 minədək təhsil müəssisəsində təxminən 200 min pedaqoq çalışır. Demək, Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info