İKT-nin inkişafı virtual aləmdə ölkəmizin maraqlarının qorunmasını vacib edir
Tarix: 06.10.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Rasim Əliquliyev: “Virtual Azərbaycan”ın yaradılması üçün viki-vətəndaşların yetişdirilməsi zəruridir”

Azərbaycan Respublikasında İKT-nin inkişaf etdirilməsi üçün görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. İKT sahəsinin inkişafı, internetdə, virtual aləmdə ölkəmizin maraqlarının qorunmasını vacib edir. Nəzərə almaq lazımdır, ölkəmizi istəməyən qüvvələr bu məkandan tsifadə edərək müxtəolif kampaniyalar həyata keçirirlər. Onlara qarşı mübarizə aparmaq, ölkəmiz haqqında doğru informasiya yaymaq üçün İKT-nin təqdim etdiyi yeniliklərdən maksimum şəkildə yararlanmalıyıq. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məqamlara toxunacağıq. Qeyd edək ki, həmin sahələrdən biri də “Vikipediya”dır.

“Vikipediya virtual
ensiklopediyasının nəzəri və praktiki əsasları” adlı
dərs kitabı hazırlanıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında Viki Mərkəzin fəaliyyəti müzakirə edilib. “İKT.az” bildirir ki, tədbirdə çıxış edən Mərkəzin rəhbəri, sektor müdiri İradə Ələkbərova Viki Mərkəzdə aparılan elmi araşdırmalar barədə ətraflı məlumat verib. Viki-mühitdə gizli sosial şəbəkələrin, informasiya təsirinin və böyük verilənlərlə bağlı problemlərin analizi, viki texnologiyaların elektron kitabxanalara tətbiqi perspektivlərinin analizi, viki layihələrin bulud texnologiyaları ilə müqayisəli analizi kimi elmi tədqiqat işlərinin yerinə yetirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu elmi araşdırmaların nəticələri nüfuzlu elmi jurnallarda dərc olunub. İ.Ələkbərovanın sözlərinə görə, AMEA-nın institut və təşkilatları, digər dövlət qurumları əməkdaşlarına “Vikipediya”da işləmək bacarığının aşılanması üçün mühazirə və seminarlar təşkil edilib, “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursları təşkil olunub. 2016-cı ilin iyun-iyul aylarında kurslarda AMEA-nın 10 elmi müəssisə və təşkilatından viki-qrupları təmsil edən 38 alim və mütəxəssis iştirak edib, “Vikipediya virtual ensiklopediyasının nəzəri və praktiki əsasları” adlı dərs kitabı hazırlanıb. Məruzəçi qeyd edib ki, Mərkəzdə “Vikipediya”nın Azərbaycan dili seqmentində ölkənin maraqlarına zidd olan kontentin, AMEA-nın institut və təşkilatları, alimlərimiz haqqında ensiklopedik məqalələrin, “Vikikitab” layihəsində ölkə ilə bağlı elektron kitab və jurnalların, “Vikipediya”nın “Commons” layihəsində isə Azərbaycanla bağlı multimedia fayllarının müntəzəm olaraq monitorinqi aparılır. Viki-mühitin kontent təminatı ilə əlaqədar görülən işləri nəzərə çatdıran məruzəçi bildirib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında məlumatları özündə əks etdirən kontentlər “Vikipediya” ensiklopediyasına daxil edilib, virtual məkanda Azərbaycan xalqının milli-mənəvi dəyərləri və həqiqətləri haqqında kontentlərin artırılmasına alim və mütəxəssislər cəlb olunub. Azərbaycan dilində viki-kontentin tərcümə edilərək digər dillərdə mövcud olan viki-layihələrə daxil edilməsi işlərinin davam etdirildiyini söyləyən İ.Ələkbərova “Vikikitab” layihəsində alimlər haqqında biblioqrafik məqalələrin yaradılması, Azərbaycanla bağlı elektron kitab və jurnalların materiallarının yüklənməsinin təşkili barədə məlumat verib. Qeyd edib ki, “Commons” layihəsində də Azərbaycanla bağlı multimedia fayllarının yerləşdirilməsi prosesi davam etdirilir. O, “Vikipediya”da Azərbaycan alimləri haqqında ensiklopedik məqalə və kitabların sayı ilə bağlı statistik göstəriciləri diqqətə çatdırıb, ensiklopediyanın populyarlaşdırılması və təbliğatı, o cümlədən Viki Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.

Naxçıvanın elmi tədqiqat və ali təhsil müəssisələrində viki-treninqlərin keçirilməsi nəzərdə tutulur

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev AMEA rəhbərliyi tərəfindən Viki Mərkəzin fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirərək qeyd edib ki, Mərkəz “Vikipediya”da Azərbaycan Respublikasının milli maraqlarının qorunması üçün zəruri tədbirlərin görülməsi, ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 15 yanvar 2014-cü il tarixli qərarı ilə yaradılıb. “Virtual Azərbaycan”ın yaradılması üçün viki-vətəndaşların yetişdirilməsinin zəruriliyini qeyd edən alim mərkəzdə təşkil olunmuş kursların bu məqsədə xidmət etdiyini və AMEA əməkdaşlarının “Vikipediyanın virtual əsgəri”nə çevrilməsində xüsusi rol oynadığını vurğulayıb. Alim “Vikipediya” ensiklopediyasında baş verən prosesləri izləmək üçün mərkəz tərəfindən mütəmadi olaraq vikimetrik tədqiqatlar və monitorinqlərin aparıldığını bildirərək mərkəzdə viki-tədris işlərinin genişləndirildiyini söyləyib. Həmçinin Naxçıvanın elmi tədqiqat və ali təhsil müəssisələrində viki-treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Məruzə ətrafında gedən müzakirələrdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova və digərləri çıxış edərək rəy və təkliflərini səsləndiriblər. Qeyd edək k i, Viki Mərkəzin yaradılması haqqında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarında bildirilir ki, “Vikipediya” virtual ensiklopediyasında Azərbaycan xalqının milli-mədəni dəyərləri, tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri haqqında düzgün məlumatların yetərincə olmaması alimlərimizin, mütəxəssislərimizin bu layihəyə cəlb olunmasına, Azərbaycan haqqında obyektiv, operativ, dolğun informasiyanın, audio-video materialların “Vikipediaya”ya daxil edilməsinə ehtiyac yaranıb. Prezidentin 2007-ci ildə imzaladığı milli təhlükəsizlik konsepsiyasında informasiya təhlükəsizliyi əsas istiqamətlərdən biri kimi təsbit olunub. “Vikipediya”da Azərbaycanın milli maraqlarının qorunması da informasiyta təhlükəsizliyi siyasətinin tərkib hissəsidir. Bu siyasətinin həyata keçirilməsi AMEA-nın üzərinə də mühüm vəzifələr qoyur. Həmçinin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxış edən Prezident İlham Əliyev xüsusi qeyd edib ki, “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur... Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik”. Məqsədə çatmaq üçün AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının internetin müxtəlif qlobal layihələrində, sosial media vasitələrində və xüsusilə də “Vikipediya” virtual ensiklopediyasında fəal olmaları üçün şəbəkə texnologiyaları üzrə zəruri biliklərin tədrisi və praktiki bacarıqların aşılanmasını Viki Mərkəz öz üzərinə götürüb. Viki Mərkəzin vəzifəsi “Vikipediya” virtual ensiklopediyasında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanın tarixi həqiqətlərini, müasir reallıqlarını, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin “Vikipediya”da yerləşdirilməsi, ayrı-ayrı sahələrin mütəxəssisləri üçün “Vikipediya”ya aid nəzəri və praktiki dərslərin tədrisi, vətəndaşlar arasında “Vikpediya”nın populyarlaşdırılması və onların “Vikipediya”da Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün təbliğat-təşviqat işlərinin aparılmasıdır. Bu baxımdam AMEA institut və təşkilatları, digər dövlət qurumları əməkdaşlarına «Vikipediya»da işləmək bacarığını aşılamaq üçün, orta və ali təhsil müəssisələrində tələbələrə, müxtəlif sahə mütəxəssislərinə “Vikipediya” layihələri ilə əlaqədar mühazirə, seminar və treyninqlərin təşkili və Viki-qrupların təşkilatlanması və koordinasiyası üzrə işlərin təşkili mühüm əhəmiyyət kəsb edir.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info