Şahin Növrəsli Berndə silsilə konsert proqramları ilə çıxış edir
Tarix: 06.10.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


İsveçrədəki səfirliyimizin və Beynəlxalq Bern Caz Festivalının birgə təşkilatçılığı ilə Bern şəhərində yerləşən dünyada yeganə caz mehmanxanası “İnnere Enge”nin “Marians Jazzroom” konsert zalında tanınmış caz pianoçusu Şahin Növrəslinin ifasında Azərbaycan caz axşamı təşkil edilib.
Tamaşaçılara iki müxtəlif caz konsert proqramı təqdim edən ifaçımızın çıxışı isveçrəli cazsevərlər tərəfindən maraqla qarşılanıb. Onun ifa etdiyi muğam-caz musiqi kompozisiyaları sürəkli alqışlarla müşayiət olunub. Caz gecəsində, həmçinin tamaşaçılara Azərbaycan yeməklərindən və şərablarından ibarət xüsusi menyu təqdim edilib. Konsert zamanı iştirakçılara Azərbaycan mədəniyyəti və turizm potensialını özündə əks etdirən kitab və broşürlər, “Gəncə 2016 - Avropanın Gənclər Paytaxtı” layihəsinə aid müxtəlif kitabçalar və məlumatlar, o cümlədən musiqi diskləri təqdim olunub. Caz pianoçu Şahin Növrəslinin ifasında silsilə konsert proqramları hər axşam 2 konsert olmaqla oktyabrın 8-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
18.10.2019
Parisdə Azərbaycan qadınına səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə tədbir keçirilib
17.10.2019
Nəsiminin 650 illik yubileyi Türkiyənin Kocaeli şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info