ROP göz xəstəliyi ən çox körpələr arasında yayılıb
Tarix: 06.10.2016 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Vaxtından əvvəl doğulmuşların retinopatiyası (ROP) uşaqlarda ən çox korluğa səbəb olan və yarımçıq doğulan körpələrdə rast gəlinən göz xəstəliyidir.
Respublika Müalicəvi Diaqnostika Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu xəstəliyə 32 həftədən tez və 1500 qramdan az çəkisi olan yenidoğulmuşlarda rast gəlinir. Mərkəzin göz cərrahı Tural Qəlbinur deyib ki, hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur və erkən doğuşların sayı gündən-günə artır. Beş mərhələdə inkişaf edən ROP son mərhələdə korluqla nəticələnir. Valideynlər uşağın ilk aylarında xəstəliyin əlamətlərini hiss etməyə bilərlər. ROP xəstəliyin yalnız son mərhələsində, yəni körpənin 4-5 aylığında kənardan aşkarlanır. Valideynlər uşağın ona göstərilən əşya və oyuncaqlara baxmadığını, gözlərin çəpləşdiyini görərək həkim-oftalmoloqa müraciət edirlər. Göz cərrahı deyib: “Təəssüf ki, bu zaman heç bir müalicə müsbət effekt vermir və uşaqda korluğun yarandığı aşkarlanır. Amma ROP müayinəsi doğulan körpənin ilk ayında həkim-oftalmoloq-retinoloq tərəfindən aparılarsa, körpənin gözləri müalicə olunub tam sağlam ola bilər”.




 
Bölməyə aid digər xəbərlər
16.10.2020
Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
15.10.2020
Ehtimal edirik ki, qış aylarında koronavirusla bağlı artım pik həddən daha yüksək olacaq - Hande Harmancı
15.10.2020
İndi COVİD-19-a yoluxanlarda xəstəliyin daha ağır gedişatı müşahidə olunur - Xəstəxanadan reportaj
14.10.2020
Payız-qış aylarında COVID-19 virusunun aktivləşməsi gözləniləndir - TƏBİB
12.10.2020
Baş infeksionist: Hələlik COVİD-19-la əlaqədar karantin tədbirlərinin gücləndirilməsinə ehtiyac yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
2 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
3 Бакинские армяне призывают Ереван прекратить оккупацию
4 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
5 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info