Sürücülərə yardım edən mini-robot
Tarix: 06.10.2016 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


“Tokio” stansiyasında bir neçə dildə danışan və sərnişinlərə istiqaməti müəyyənləşdirməkdə kömək edən robot quraşdırılıb

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota” şirkətinin təqdim etdiyi yeni mini-robot sürücülərlə söhbət edəcək, onları təhlükəsiz hərəkətə çağıracaq.

“Kirobo mini” adlanan yeni robot təmin olunduğu daxili kamera vasitəsilə sürücünün sifətinin mimikasını ayırd etməyə belə qadirdir. Sürücü danışan zaman o, sifəti və əlləri vasitəsilə ona cavab verir. Sürücü əyləci qəflətən basdığı zaman isə robot onu təhlükəsiz hərəkətə çağırır. Yeni qurğunun dəyəri təqribən 400 dollar olacaq. Onun Tokiodakı və Aiçi prefekturasındakı avtodilerlər vasitəsilə apreldə başlayacaq yeni maliyyə ilində satışa çıxarılacağı gözlənilir. Onu da qeyd edək ki, Yaponiya paytaxtının “Tokio” stansiyasında bir neçə dildə danışan və sərnişinlərə istiqaməti müəyyənləşdirməkdə kömək edən robot quraşdırılıb. Əsasən əcnəbi turistlər üçün nəzərdə tutulan və hündürlüyü 90 santimetr olan robot “Hitachi” şirkəti tərəfindən hazırlanıb. Məlumat şöbəsində sınaq məqsədilə yerləşdirilən robot üç dildə - yapon, ingilis və Çin dillərində danışa bilir. Süni intellektlə təmin edilən maşın verilən sualları avtomatik şəkildə ayırır. İki yüzdən artıq sualı cavablandıran robot onun arxasında quraşdırılan monitordakı xəritədən istifadə etməyi də bacarır. “JP Higashi Nihon” dəmir yolu şirkəti Tokionun əsas stansiyalarında quraşdırılacaq həmin robotlardan 2020-ci ildə bu şəhərdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı istifadə etməyi planlaşdırır.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Bu qadınlar oğlan doğa bilmir
18.10.2019
Dünyanın ən böyük mağaralarından biri -Pınargözü mağarası
17.10.2019
Dünyanın ən yoxsul insanları haralardadır?
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info