“Tolerant Azərbaycan” layihəsi keçirilib
Tarix: 06.10.2016 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Tolerant Azərbaycan” layihəsi həyata keçirilib.
Layihənin əsas məqsədi ölkəmizdəki müxtəlif xalqların nümayəndələrinin dostluq, qardaşlıq əlaqələrini və ortaq mədəniyyətlərini gənclərin gözü ilə ictimaiyyətə çatdırmaq, gənclərimizin iştirakı ilə ölkəmizdəki tolerantlığı, sivil-kulturoloji dəyərləri tanıtmaq olub. Öz istedadına güvənən gənclər ölkəmizdəki multikultural ənənələri və tolerantlığı nümayiş etdirən rəsm işləri ilə müsabiqədə iştirak ediblər. Müsabiqədə iştirak edən rəsmlər 4 gün davam edən sərgidə nümayiş olunub və gənc rəssamlar sərgi iştirakçılarına öz rəsm işləri barədə məlumat verib.
Layihənin bağlanış mərasimində çıxış edən layihə rəhbəri Könül Süleymanova ilk öncə layihənin yekunları ilə bağlı ətraflı məlumat verərək Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına layihəyə verdikləri dəstəyə görə təşəkkür edib. Layihəyə ekspert qismində cəlb olunmuş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının metodisti, Azərbaycan Rəssamlar İttifaqının, Fransa və İngiltərə Rəssamlar birliyinin üzvü Nadir Cəfərov layihə haqqında öz fikirlərini bildirib. Layihənin sonunda ekspert tərəfindən qiymətləndirilən ən yaxşı 3 rəsmin sahiblərinin adları açıqlanaraq diplom və hədiyyələrlə təltif olunub.
Qeyd edək ki, I yerin qalibi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 3-cü kurs tələbəsi Sayalı Məmmədova, II yerin qalibi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Sevinc Əliyeva, III yerin qalibi isə Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbəsi İsmayıl Faxtıyev olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info