Namiq Abdullayevin gənclərlə görüşü olub
Tarix: 06.10.2016 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycanın fəxri, Olimpiya çempionu, sərbəst güləşçi Namiq Abdullayevin gənclərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan ATGTİ-nin Korporativ əlaqələr departamentinin direktoru Hüseyn Babayev çempionumuz haqqında iştirakçılara qısa məlumat verib. Daha sonra öz fəaliyyəti, idmana gəlmə tarixi barədə gənclərlə səmimi həmsöhbət olan N.Abdullayev, gənclərə onları maraqlandıran sualları ünvanlamasını bildirib. Görüşə gələn gənclər onları maraqlandıran sualları idmançıya ünvanlayıblar. Səmimi söhbətlər zamanı idmançı öz təcrübələrindən və uğurlarından danışıb.
Azərbaycanın birinci Olimpiya çempionu kimi tarixə düşən Namiq Abdullayev 1996-cı il Atlanta Olimpiadasında gümüş, 2000-ci il Sidney Olimpiadasında qızıl medal qazanıb. Həmçinin N.Abdullayev Dünya Çempionatlarında – 2006-cı ildə bürünc, 1994, 1998, 2002-ci illərdə isə gümüş medal, Avropa Çempionatında – 1994, 1995, 2003-cü illərdə qızıl, 1997, 2006-cı illərdə gümüş, 1996-cı ildə isə bürünc medal qazanıb. Namiq Abdullayev 1995-ci ildə "Tərəqqi" medalı, 2000-ci ildə "Şöhrət" ordeni, 2012-ci ildə isə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı ilə təltif edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info