Statistika Komitəsinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
Tarix: 06.10.2016 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Oktyabrın 3-7-də Belarusun paytaxtı Minskdə Avropa İttifaqının Statistika Bürosunun təşkilatçılığı ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin statistika təşkilatlarının rəhbərliyi üçün “Rəsmi statistikanın təkmilləşdirilməsi” mövzusunda yüksək səviyyəli seminar və BMT-nin Statistika şöbəsinin təşkilatçılığı ilə “Rəsmi statistikanın islahatlar proqramı”na dair konfrans keçirilir. Tədbirlərdə Azərbaycanı Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Komitənin statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev təmsil edir.
Komitədən bildirilib ki, Avrostat tərəfindən təşkil edilmiş seminarda Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində keyfiyyətin idarə edilməsi sahəsində baş vermiş son yeniliklər haqqında məlumat verilib. Həmçinin Avrostatla bu ölkələr arasında əməkdaşlığa, o cümlədən milli statistika sistemlərinin qlobal qiymətləndirilməsinə, dayanıqlı inkişaf sahəsində monitorinqə dair məsələlər müzakirə olunub. İştirakçı ölkələrin nümayəndələri və seminarın işinə cəlb edilmiş ekspertlər üstün təcrübələr haqqında məlumat veriblər.
Cari il sentyabrın 12-16-da Avrostat, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən Azərbaycanda keçirilmiş Qlobal Qiymətləndirmə haqqında məlumat verən Avrostatın nümayəndəsi Dövlət Statistika Komitəsinin bu tədbirə yüksək səviyyədə hazırlaşdığını vurğulayıb, qiymətləndirmədə müşahidəçi kimi iştirak etmiş Belarus və Moldova respublikalarının nümayəndələri isə bu tədbirə hazırlaşan ölkələrə Azərbaycanın təcrübəsindən yararlanmağı tövsiyə ediblər.
“Rəsmi statistikada islahatlar” konfransı BMT-nin “Dayanıqlı inkişaf–2030” proqramına dəstək məqsədilə rəsmi statistikaya olan ehtiyacın ödənilməsində yeni təşəbbüslərin öyrənilməsinə yönəldilib. Bu məqsədlə tədbirdə rəsmi statistikanın transformasiyasına, məlumatların toplanması, emalı və yayılmasında mütərəqqi informasiya texnologiyalarına dair qabaqcıl təcrübələr haqqında ətraflı məlumat verilib.
Seminar və konfransda Dövlət Statistika Komitəsinin nümayəndələri təqdimatla çıxış edərək ölkə təcrübəsini bölüşüblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info