Firudin Nəbiyev: “Ermənistan Suriya ermənilərini işğal olunmuş ərazilərdə yerləşdirir”
Tarix: 06.10.2016 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Cenevrədə səfərdə olan Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə görüşüb.
 
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, F. Nəbiyev Azərbaycanda hökumət tərəfindən məcburi köçkünlər üçün yaradılmış şərait, yeni salınmış yaşayış kompleksləri, eyni zamanda həyata keçirilən digər sosial layihələr barədə danışıb.
 
F. Nəbiyev Azərbaycan hökumətinin həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə xarici tərəfdaşları ilə əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə qaçqın və məcburi köçkünlərin mövcud çətinliklərinin aradan qaldırılması istiqamətində səylərini artırdığını, ancaq bütün bu səylərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin problemlərinin bir çoxunun hələ öz həllini tapmadığını söyləyib: “9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir. Təəssüflə qeyd olunmalıdır ki, Ermənistan hökuməti dünyada mövcud miqrasiya problemindən sui-istifadə edərək, beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq Suriyadan olan erməni əsilli qaçqınları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Bu da Ermənistan tərəfindən Azərbaycana münasibətdə davam etdirilən etnik təmizləmə siyasətinin və hərbi işğalın nəticələrinin möhkəmləndirilməsinə yönəlmiş növbəti addımdır. Ermənilər beynəlxalq tribunalardan pafosla bəyan edirlər ki, onlar 20 000 suriyalı qaçqın qəbul ediblər. Maraqlıdır, bunların arasında heç olmasa on nəfər ərəb mənşəli qaçqın varmı?..”
 
Görüşdə perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi
15.11.2018
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info