“Zehni Düşündürən İdman Yarışı – Şahmat”
Tarix: 06.10.2016 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, həmçinin Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Zehni Düşündürən İdman Yarışı – Şahmat” adlı layihənin müsabiqə mərhələsi keçirilibdr. Yarış 3 gün davam edib.
Tədbirin ilk günü gənc şahmatçılara yarışın qaydaları xatırladıldı. Daha sonra püşk atma üsulu ilə iştirakçılar bölüşdürüldü. Yarış İsveçrə sistemi ilə 7 turdan ibarət idi. 3 gün ərzində hər bir iştirakçı topladıqları xallara müvafiq olaraq, bir-biri ilə mübarizə apardı. Sonda ən yüksək xal toplamış iştirakçılar ilk üçlük uğrunda mübarizə apardılar. Belə ki, 1-ci yeri Eynullayev Altay, 2-ci yeri Eynullayev Atilla, 3-cü yeri isə Allahverdiyev Rəqail qazandı.
Tədbirin sonunda layihə rəhbəri Rəşad Rəhimov çıxış edərək, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna və Xəzər Rayon Gənclər və İdman İdarəsinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi, həmçinin gəncləri uğurlu fəaliyyətlərinə görə təbrik etdi. Daha sonra Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək, gənc şahmatçılara növbəti yarışlarda uğurlar arzuladı və onları hər zaman belə fəal olmağa dəvət etdi. Sonda qaliblər Diplomla, digər iştirakçılar isə Sertifikatla təltif olundular, habelə bütün iştirakçılara şahmat taxtası hədiyyə olundu və tədbir xatirə şəkilləri ilə yekunlaşdırılmışdır.
Qeyd edək ki, “Zehni Düşündürən İdman Yarışı – Şahmat” adlı layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VIII Qrant müsabiqəsinin qalibi olmuşdur. Layihənin başlıca məqsədi, Xəzər rayonunda yaşayan gənclərin şahmat bacarıqlarını qiymətləndirmək, onları bu idman yarışına motivasiya etmək, həmçinin gəncləri şahmat kimi zehnin düşünmə qabiliyyətini yüksəldən idman növlərinə cəlb etməklə, onları zərərli vərdişlərdən uzaq tutmaqdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info