Bakı sakinləri kreditləri hansı məqsədlər üçün götürürlər?
Tarix: 06.10.2016 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


“ACT Azərbaycan” Bakı şəhərində bank kreditləri ilə bağlı maraqlı sorğu aparıb.
Rəyi soruşulan respondentlərin 37%-in banklara kredit borcu var. Onların beşdə biri (20%) krediti məhz yaşayış səviyyəsini yaxşılaşdırmaq niyyəti ilə götürdüklərini bildiriblər. Bu cavabı vermiş respondentlərin 23%-ni qadınlar, 18%-ni isə kişilər təşkil edir.Təmir üçün banka üz tutanlar sorğuda 12 % təşkil edib. Eyni faiz göstəricisi (12%) kreditə müalicə almaq üçün girənlərə məxsusdur. Mənzil sahibi olmaq üçün banka üz tutanlar sorğuda 10%, məişət texnikası əldə etmək istəyənlər isə 8 % təşkil edib.
Hal-hazırda kredit ödəyənlərin 45%-ni kişilər təşkil edir. Qadınlar kreditə çox da müsbət yanaşmır. Belə ki, rəyi soruşulan qadınların 70%-i kredit borcunun olmadığını bildirib.
Kredit götürənlərin 43 %-ni 35-54 yaş aralığında olan şəxslər təşkil edir.18-34 yaş aralığına mənsub respondentlərin 70% -i kreditdən istifadə etmədiklərini bildiriblər.
Maraqlısı odur ki, 18-34 (16%) və 35-54 (18%) yaş aralığında olan respondentlər krediti əsasən maddi durumlarını yaxşılaşdırmaq, 55 və çox yaşı olanlar isə sırf müalicə almaq üçün (33%) götürürlər.
Hal-hazırda heç bir bank krediti olmayanların cəmi 19%-i yaxın bir il ərzində kredit götürməyi düşündüyünü bildirib.
Sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info