Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Tarix: 06.10.2016 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Abşeron rayonunda Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər qoyublar.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib. Təhsilin inkişafı və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan başçı Abşeron rayonunda təhsillə bağlı görülən işlər barədə söz açıb. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən ətraflı söz açan İradə Gülməmmədova son illərdə rayonda bir neçə məktəbin əsaslı təmir olunduğunu,yeni məktəb və bağçaların tikilib istifadəyə verildiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Yaxın günlərdə Masazır kəndində yeni inşa edilən məktəbin açılışının olacağını vurğulayan başçı rayon təhsil sahəsində əldə edilən uğurları, orta məktəb məzunlarının böyük əksəriyyətinin ali məktəblərə daxil olduğunu, 70şagirdin isə 600-dən yuxarı bal topladığını qeyd edib. 

Bayram tədbirində rayon Təhsil şöbəsinin müdiri Kamran Rzayev son illərdə respublikamızda, o cümlədən Abşeronda təhsil sahəsində qazanılmış uğurlardan, yeni məktəb binalarının tikintisindən ətraflı söhbət açıb, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. 

Bundan sonra Rayon İcra Hakimiyyətinin başçısı təhsil sahəsində fərqlənən bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim edib.

Bayram tədbiri rayonun incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etdirilib. 




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info