“Əl-Mənərə” jurnalında Mehriban Əliyevanın fəaliyyəti haqqında məqalə dərc edilib
Tarix: 06.10.2016 | Saat: 19:12:00 | E-mail | Çapa göndər
Ərəb dünyasında nüfuzlu “Əl-Mənərə” jurnalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti haqqında məqalə dərc edilib.
Məqalədə Mehriban Əliyevanın ziyalı ailədən olduğu bildirilir, Mir Cəlal Paşayev, Arif Paşayev və Aida İmanquliyeva haqqında oxuculara dolğun məlumatlar çatdırılır.
Ziyalı ailə mühitinin Mehriban Əliyevada mərhəmət, xeyirxahlıq, insan sevgisi kimi nəcib hisslərin, o cümlədən incəsənətə marağın əsasını təşkil edən dünyagörüşünün formalaşmasına təsiri barədə söhbət açılır, Azərbaycanın birinci xanımının həm milli, həm qlobal səviyyələrdə gördüyü işlər barədə məlumat verilir, həmin işlərin onun haqqında mütərəqqi müsəlman qadını imicini yaratdığı vurğulanır.
Məqalədə Mehriban Əliyevanın 2004-cü ildə regionda ən böyük qeyri-hökumət təşkilatını təsis etdiyi bildirilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu təşkilatın Azərbaycan reallıqlarının dünyada geniş təbliği ilə yanaşı, Heydər Əliyev irsinin yeni və gənc nəslə öyrədilməsində mühüm rol oynadığı diqqətə çatdırılır. Müəllif Heydər Əliyev Fondunun çoxvektorlu fəaliyyəti haqqında ətraflı məlumat verir. Bu xüsusda, birinci xanımın gündəlik fəaliyyətlərində sosial və humanitar aspektlərin öndə getdiyi vurğulanır, ölkəmizdə kimsəsiz uşaqların və yaşlıların problemlərinin həll edilməsi yolunda mühüm işlərin görüldüyü oxucuların diqqətinə çatdırılır. Fondun xətti ilə yeni təhsil, səhiyyə və incəsənət ocaqlarının inşa edildiyi, insulin və qan donorluğu aksiyaları, eləcə də ana südü ilə qidalandırma üzrə maarifləndirmə aksiyaları və s. sosial təşəbbüslərin həyata keçirildiyi bildirilir. Həmçinin Mehriban Əliyevanın milli musiqi ənənələrinin inkişafı və xaricdə tanıdılması yönündə səyləri çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə müasir Muğam Mərkəzinin tikildiyi, Fondun təşəbbüsü ilə müxtəlif ölkələrdə keçirilən mədəniyyət tədbirlərində Azərbaycan muğamının prioritet yerdə olduğu, habelə hər il ayrı-ayrı istedadlı yerli və beynəlxalq musiqiçilərin iştirakı ilə Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkil edildiyi oxucuların diqqətinə çatdırılır.
Ümumbəşəri dəyərlər, sülh və dözümlülüyün yayılması işində Heydər Əliyev Fondunun fəaliyyətinə gəlincə, məqalədə bu təşkilatın Azərbaycanda fərqli sivilizasiyalar arasında əməkdaşlıq və dialoq mövzusunda çoxsaylı tədbirlər keçirməklə, Luvr Muzeyində İslam incəsənəti bölməsini təsis etməklə, Versal Sarayının parkında, Luvr Muzey Kompleksində, Berlin Şəhər Sarayında və digər Avropa şəhərlərində qədim tarixi binaların və Vatikanda qədim əlyazmaların bərpasında, eləcə də Romada Kapitolini Muzeyinin “Filosoflar zalını”nın təmirinin həyata keçirilməsində yaxından iştirak etməklə qlobal tolerantlıq ideyasında və dünya mədəniyyətində izlər qoyduğu bildirilir.
Məqalədə Mehriban Əliyevanın fəaliyyətinin beynəlxalq humanitar tərkib hissəsinə nəzər salınaraq, Heydər Əliyev Fondunun Rumıniya, Haiti, Pakistan və başqa dövlətlərdə baş vermiş təbii fəlakətlərdən əziyyət çəkən insanlara təcili surətdə yardımlar etdiyi vurğulanır. Fondun Pakistanda peyvənd və qan donorluğu aksiyaları, açıq ürək əməliyyatları keçirdiyi, Pakistan Göz Xəstəxanasına və Talassemiya Mərkəzinə ianələr etdiyi qeyd olunur. Eyni zamanda, göstərilən bütün xeyirxah işlərin birinci xanıma UNESCO və ISESCO kimi mötəbər beynəlxalq təşkilatların xoşməramlı səfiri adını qazandırdığı bildirilir.
Jurnalda Mehriban Əliyevanın ölkəmizin beynəlxalq idman və musiqi aləmində imicinin formalaşdırılmasındakı əhəmiyyətli rolundan söhbət açılır. Belə ki, birinci xanımın Milli Gimnastika Federasiyasına rəhbərliyi ərzində bu idman növündə böyük inkişafın baş verdiyi, Bakı şəhərinin mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyi bildirilir. 2015-ci ildə Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin məhz Mehriban Əliyevanın sədrlik etdiyi Milli Təşkilat Komitəsinin adı ilə bağlı olduğu və bu müstəsna uğuruna görə birinci xanıma 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları üzrə Milli Komitənin sədri missiyasının həvalə edildiyi vurğulanır. Bundan əlavə, Avropanın ən prestijli mahnı müsabiqəsi hesab edilən “Eurovision”un da Bakıda uğurla keçməsinin məhz Mehriban Əliyevanın əməyi hesabına mümkün olduğu diqqətə çatdırılır.
Məqalənin sonunda çoxşaxəli və dayanaqlı fəaliyyətinə görə Mehriban Əliyevanın Fransanın “Şərəf Legionu”, Pakistanın ən ali dövlət ordeni olan “Hilal-e-Pakistan”, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordenlərinə, Serbiya Dövlət Ordeninə, eləcə də Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatına, UNESCO-nun “Qızıl Motsart” medalına, “Qızıl ürək” beynəlxalq mükafata layiq görüldüyü qeyd edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info