Azad Rəhimov İƏT gənclər və idman nazirlərinin sessiyasında iştirak edir
Tarix: 06.10.2016 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Gənclər və idman naziri Azad Rəhimov Türkiyədə rəsmi səfərdədir.
 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, A. Rəhimov İstanbulda keçirilən gənclər və idman nazirlərinin 3-cü sessiyasında iştirak edir.
 
Sessiyada gənclər və idman sahələrindəki problemlərin həll yollarının tapılması,  ölkələrimizin idman nailiyyətlərinin, idman fəaliyyətinin artırılması, ictimaiyyətin idmana marağının yönləndirilməsi və gənclərin idman sahəsində potensiallarının  gücləndirilməsi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.
 
Bu gün A. Rəhimov iclasda gənclər və idman sahələri istiqamətində ölkəmizdə həyata keçirilən siyasət haqqında geniş məlumat verib: “18 oktyabr tarixdə müstəqilliyimizin 25 illiyini qeyd edəcək gənc Azərbaycanın ölkə əhalisinin 2/3 hissəsini 30 yaşdan aşağı gənclər təşkil edir. Gənclər sahəsində bu günə qədər  2005-2015-ci illəri (2005-2009 və 2011-2015-ci illər) əhatə etmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı” həyata keçirilib, 20-dən artıq proqramı özündə cəmləşdirən  və ilk dəfə olaraq 10 ili əhatə edən “2015-2025-ci illər üzrə Azərbaycan Gənclərinin inkişaf strategiyası” imzalanıb”.
 
Nazir çıxışı zamanı ölkədə 320 QHT-nin müxtəlif istiqamətlərdə fəaliyyət göstərdiyini deyib, 39 Gənclər evinin mövcudluğu və gənclər sahəsini əhatə edən bir sıra layihələr haqda məlumat verib.
 
İdman sahəsi haqqında geniş informasiya verən A. Rəhimov XXXI Rio Yay Olimpiya oyunlarında Azərbaycan idmançılarının qazandığı uğurlara toxunaraq, idmançılarımızın vətənə 18 medalla qayıtmasını, bununla da, medal sayına görə Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB-də 2-ci yerdə olduğumuzu diqqətə çatdırıb.
 
 “Azərbaycan daim beynəlxalq səviyyəli idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edərək, dünyada idman ölkəsi olaraq böyük nüfuz qazanıb. Məhz 2015 ilk Avropa oyunları, Formula 1 Grand Prix turniri və 2017-ci ildə reallaşacaq IV İslam Həmrəyliyi oyunları qeyd olunanların bariz nümunəsidir”, - deyə o vurğulayıb.
 
Nazir çıxışı zamanı IV İslam Həmrəyliyi oyunlarına geniş şəkildə toxunaraq, ətraflı məlumatı iştirakçıların diqqətə çatdırıb. Oyunlarla bağlı iştirakçılara daha ətraflı məlumatın verilməsi üçün videoçarx nümayiş olunub. Bununla yanaşı, A. Rəhimov iclasda müzakirə olunan mövzularla bağlı rəy bildirib, fikir mübadiləsi aparıb .
 
İslam Sammiti Konfransının 13-cü sessiyasından sonra baş tutacaq gənclər və idman nazirlərinin Konfransında “İƏT 2025 Fəaliyyət Planı”ndakı gənclər və idman sahəsi ilə bağlı  prinsip və məqsədlərə nail olmaq üçün effektiv strategiyaların həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılması da planlaşdırılır. İclasda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Gənclər Fəaliyyəti, o cümlədən İslam Həmrəyliyi İdman Federasiyasının İdman Fəaliyyəti haqqında hesabatı, İslam Əməkdaşlıq Təşkilatının gənclər strategiyası və birgə gənclər siyasəti, həmçinin idman strategiyası ilə bağlı təqdimatların  keçirilməsi nəzərdə tutulub. Konfransda İƏT Gənclər Strategiyası, İƏT İdman Strategiyası, gənclər üzrə qətnamələr, idman məsələləri üzrə qətnamələr, konfransın yekun hesabatı,  İstanbul Bəyannaməsi, növbəti konfransın yeri və vaxtı ilə bağlı  yekun sənədlər  qəbul olunacaq.
 
Qeyd edək ki, gənclər və idman nazirlərinin 3-cü sessiyası İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri Şurasının 42-ci sessiyasına (Küveyt, 27-28 may 2015-ci il) və gənclər və idman nazirlərinin İslam  Konfransının 2-ci sessiyasının (Ciddə, 17-18 mart, 2014-cü il) qərarlarına əsasən keçirilir.
 
Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Prezident yanında Gənclər  Fondunun icraçı direktoru Fərhad Hacıyev və Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov daxildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info