Azərbaycanın ATƏT-dəki nümayəndəliyi: “Belə başa düşürük ki, Ermənistan danışıqlara fasilə verib”
Tarix: 06.10.2016 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


"Ermənistan regionda sülhün konstruktiv şəkildə əldə olunması və münaqişənin həlli işindən tamamilə uzaqdır".
Bu barədə Azərbaycanın ATƏTyanındakı Daimi Nümayəndəliyinin qurumun Daimi Şurasının 1114-cü iclasında Ermənistan nümayəndə heyətinin çıxışına cavab bəyanatında deyilir.
 
Bəyanatda bildirilir ki, Ermənistan Azərbaycana qarşı işğal siyasəti həyata keçirərək, kütləvi şəkildə etnik təmizləmə apararaq, Xocalı faciəsi kimi cinayətlər törədərək münaqişəni hazırkı vəziyyətə gətirib və bu ölkənin insan haqlarından danışması qəribə səslənir: “Aprel döyüşlərindən sonra Vyana və Sankt-Peterburqda iki yüksək səviyyəli görüş keçirildi. Hər iki görüşün nəticəsi substantiv və nəticə verən danışıqlara qoşulmaqla bağlı razılıq oldu. Biz belə başa düşürük ki, Ermənistan fasilə verib, buna görə də danışılar dayandırılıb. Ermənistan tərəfi spekulyativ çıxışlar əvəzinə, öz əhalisini Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən çıxmasına hazırlamalı və digər siyasi məsələlərin həllinə şərait yaratmaq üçün münaqişənin əsas nəticələrini aradan qaldırmalı idi. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşikin ofisinin genişlənməsinə gəldikdə, Azərbaycan bu məsələ ilə bağlı mövqeyini bir neçə dəfə bildirib və biz öz təkliflərimizi ATƏT-dəki Almaniya sədrliyinə və həmsədr ölkələrə təqdim etmişik. Ermənistan ATƏT çərçivəsində yeganə ölkədir ki, öz müqəddəratını təyinetmə prinsipinin yüz minlərlə insanın hüquqlarının birtərəfli şəkildə pozulması olduğunu düşünür. Azərbaycan bu məsələləri qaldırmağa davam edəcək". 
Tural




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Mirmahmud Mirəlioğlu Əli Kərimli haqqında: Allaha, Elçibəyə nə cavab verəcək?
26.06.2019
Avropa Şurasının yeni Baş katibi seçilib
26.06.2019
Strasburqda Azərbaycanda aparılan islahatlara həsr olunmuş tədbir keçirilib
26.06.2019
NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
26.06.2019
Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info