Polşa Təhsil Nazirliyinin nümayəndələri BSU-da
Tarix: 06.10.2016 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


Polşa Təhsil Nazirliyinin Avropa Əlaqələr bölməsinin Beynalxalq Münasibətlər Departamentinin baş mütəxəssisi Mixal Sobçik və nazirliyin ali məktəblər üzrə əlaqələndiricisi xanım Justyna Kulpa Bakı Slavyan Universitetinin (BSU) qonağı olub. Qonaqları BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edərək təhsil sahəsində Azərbaycanla Polşa arasında əlaqələrin tarixindən, tələbə mübadilələrindən, BSU-da fəaliyyət göstərən Polşa Dili və Mədəniyyəti Mərkəzinin gördüyü işlərdən danışıb. Polşalı qonaq öz növbəsində bildirib ki, Polşa Təhsil Nazirliyi Azərbaycan, Qafqaz və Orta Asiya respublikaları ilə əlaqələrdə maraqlıdır və bu əlaqələri genişləndirmək istiqamətində yeni-yeni layihələrlə çıxış edir. M.Sobçik onu da vurğulayıb ki, o, Qafqaz və Orta Asiya Respublikaları üzrə təhsil sahəsində məsul şəxsdir və inanır ki, BSU ilə bu əlaqələr bundan sonar daha da sıx inkişaf edəcək.
Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Polşa Dili və Mədəniyyət Mərkəzində polyak dilini və ədəbiyyatını öyrənən azərbaycanlı tələbələrlə görüşdülər. Polşa Təhsi Nazirliyinin ali məktəblər üzrə əlaqələndiricisi xanım Justyna Kulpa polyak dilində Polşanın tanınmış ədəbiyyat və sənət xadimləri barədə suallar verib və tələbələr onları elə həmin dildə də cavablandırdılar.
BSU-nun Mətbuat Xidməti




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info