Masallıda “ABAD” layihəsinin təqdimatı olub
Tarix: 07.10.2016 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


Gənclərin Məşğulluq və Təlim-Tədris mərkəzləri açılıb
Masallı şəhərində gənclərin və qadınların məşğulluğuna dəstək məqsədilə Qadın Resurs, SYSLAB Gənclərin Məşğulluq və Təlim-Tədris mərkəzlərinin açılışı və “ASAN həyat” kompleksindəki “ABAD” layihəsinin təqdimatı olub.
"Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək" layihəsi çərçivəsində Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə gənclər, rayonda fəaliyyət göstərən qadın təşkilatlarının təmsilçiləri, sahibkar qadınlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində rayonda görülən işlərdən danışaraq əhalinin məşğulluğunun diqqətdə saxlanıldığını bildirib. Qeyd edib ki, yeni açılan mərkəzlər gənclər və qadınların məşğulluğunun dəstəklənməsi baxımından böyük əhəmiyyətə malikdir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirilib ki, ölkəmizdə gənclərlə bağlı icra olunan dövlət proqramları, eyni zamanda, dövlət məşğulluq siyasəti gənclərin işlə təmin olunması imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımların atılmasına şərait yaradıb. Bu ilin ötən dövründə nazirliyin məşğulluq orqanlarının xətti ilə münasib işlərlə təmin edilənlərin təqribən 35 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 65 faizi gənclər olub. Eləcə də 2013-cü ilin dekabrında fəaliyyətə başlayan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 870 nəfərdən çox gənc peşə hazırlığına cəlb olunub. Gənclərlə bağlı aktiv məşğulluq tədbirlərinin təşkilində müasir dünya təcrübəsinə uyğun innovativ vasitələrdən istifadə olunduğunu vurğulayan İ.İsayev deyib ki, BMT İnkişaf Proqramı ilə nazirlik arasında son illərdə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi gənclərin əmək bazarına inteqrasiyasında SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyasının tətbiqinə imkan verib. Layihəyə əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərlərində SYSLAB Təlim-Tədris mərkəzləri yaradılıb və ilk dəfə işaxtaran ali təhsilli 452 nəfər gənc həmin mərkəzlərdə təlim kurslarına cəlb edilib. Həmin gənclərdən 80 faizə yaxını ayrı-ayrı müəssisələrdə münasib işlə təmin olunublar. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai gənclərin və qadınların sosial-iqtisadi həyatda fəal iştirakının ölkənin kənd rayonlarında inklüziv və davamlı inkişaf üçün vacib olduğunu vurğulayıb, yeni yaradılan mərkəzlərin bu sahədə fəal rol oynayacağına əminliyini ifadə edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Masallı rayonunda açılan yeni Qadın Resurs Mərkəzi qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqinə mühüm töhfə verəcək. ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Karter Uilbur belə tədbirlərin gənclərin və qadınların məşğulluğunun təmin olunmasında, onların sosial-iqtisadi həyatda fəal iştirak etmələrində önəmli dəstək olduğunu vurğulayıb. Tədbirdə artıq iş yeri əldə etmiş SYSLAB layihəsinin məzunlarına - 13 qadına və 8 gəncə sertifikatlar verilib. Sonra Qadın Resurs mərkəzləri iştirakçılarının biznes fəaliyyətinə dair nümunələri təqdim edilib. Daha sonra qonaqlar “ASAN həyat” kompleksində fəaliyyət göstərən xidmət sahələri və burada yaradılan şəraitlə maraqlanıblar. Tədbir “ASAN həyat” kompleksində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) layihəsinin təqdimatı ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info