Gürcüstanda siyasi vəziyyət gərginləşir
Tarix: 07.10.2016 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


S aakaşvili ölkəyə qayıdacağını elan edib: onun ən yaxın tərəfdaşına sui-qəsd təşkil edilməsi seçkinin nəticəsinə təsirsiz ötüşməyəcək

Seçki ərəfəsində olan Gürcüstanda siyasi vəziyyət gərginləşməyə başlayıb. Keçmiş dövlət başçısı, hazırda Odessanın qubernatoru olan Saakaşvilinin partiyası - “Vahid milli hərəkat” seçki kampaniyasında çox fəal iştirak edir. Bu azmış kimi Saakaşvili yaxın günlərdə Gürcüstana qayıdacağını açıqlayıb. Onun bu açıqlaması seçki günü ilə bağlı həyəcanı daha da artırıb. Artıq ən yüksək səviyyədə Saakaşvilinin ölkəyə qayıdacağı halda, həbs ediləcəyi açıqlanıb.
Saakaşvilinin partiyasından parlament üzvü olan Tarqamadzeyə sui-qəsd təşkil edilməsi atmosferi bir qədər də gərginləşdirib. Tbilisinin mərkəzində Tarqamadzeyə sui-qəsdlə bağlı etiraz aksiyası təşkil edilib. Qeyd edək ki, sui-qəsd nəticəsində bir nəfər yaralanıb, Tarqamadze özü isə şans nəticəsində sağ qalıb. Müxalifət buna görə bütün məsuliyyəti hakimiyyətin üzərinə qoysa da, baş nazir Kvirikaşvili terror aktının xaricdən təşkil edildiyini bildirib. O bu hadisədə Odessa izinin olmasını da istisna etməyib. “Kommersant” yazır ki, Tbilisinin mərkəzində keçirilən aksiyaya 50 minə yaxın şəxs qatılıb. Saakaşvili videogörüntü vasitəsilə mitinq iştirakçılarına müraciət edib. Saakaşvili oktyabrın 8-də keçiriləcək seçkidə qələbə qazanacaqlarını açıqlayıb. Eks-prezident hakimiyyətə gələndən sonra Bidzina İvanişvilini dövlət vəsaiti hesabına ən yaxşı Qərb universitetlərindən birinə təhsil almağa göndərəcəklərini qeyd edib. Bir məqamı da xatırladaq ki, sui-qəsd üçün Tarqamadzenin seçilməsi təsadüfi deyil. Məsələ ondadır ki, Saakaşvilinin ən yaxın adamlarından biri hesab edilən bu şəxs 2012-ci ilin may ayında Moskvanın mərkəzində baş verən kütləvi iğtişaşların əsas təşkilatçılarından biri kimi Rusiyada axtarışa verilmişdi. Tarqamadze mitinqdə çıxış edərək sui-qəsdə görə Gürcüstan xüsusi xidmət orqanlarını ittiham edib. O bildirib ki, son bir həftə ərzində ona şantaj xarakterli hədələr gəlib. Hansısa Çin nömrəsindən gələn zənglərdə şəxsi həyatı ilə bağlı səs yazıları olduğu bildirilib. O da ittihamları İvanişviliyə yönəldib. “Gürcü arzusu” partiyasından baş nazir olan Kvirikaşvili bildirib ki, hadisəni törədənlər sərt şəkildə cəzalanacaqlar. Baş nazir təşkilatçıların xarici vətəndaş olmasının da onları xilas etməyəcəyini bildirib. Ekspertlər hesab edir ki, baş nazir bu ifadəni təsadüfən işlətməyib və məqsədi ittihamları Saakaşviliyə yönəltməkdir. Onların fikrincə, Saakaşvili sui-qəsd üçün ən yaxın tərəfdaşını seçib. Məqsəd seçki vaxtı kütləvi etirazlar təşkil etmək və mümkündürsə, növbəti dəfə inqilab həyata keçirməkdir. Politoloqlar vurğulayır ki, kimin təşkil etməsindən asılı olmayaraq sui-qəsd məsələsi seçki prosesinə təsirsiz ötüşməyəcək. Bəzi ekspertlər bu hadisənin seçkinin nəticəsinə ciddi dərəcədə təsir edəcəyini də istisna etmirlər. “GHN” agentliyinin analitiki David Avalişvili “Kommersant”a bildirib ki, tanınmış müxalifət nümayəndəsinin sui-qəsdlə öldürülməsi hakimiyyətin marağında olan məsələ ola bilməz. Çünki hakimiyyət yaxşı bilir ki, bu hadisə kütləvi etirazlara səbəb ola bilər. Amerika-Almaniya birgə sorğu mərkəzi olan “GFK” son vəziyyətlə bağlı sorğu keçirib. Sorğu iştirakçılarının 26 faizi “Vahid milli hərəkat”ı, 25,4 faizi “Gürcü arzusu”nu dəstəkləyib. Maraqlıdır ki, Amerika-Almaniya şirkətinin sorğu keçrilməsini Saakaşviliyə yaxın olan “Rustavi-2” telekanalı sifariş edib. İvanişviliyə yaxın olan “İmedi” və “Maestro” teleşirkətləri isə sorğu üçün “JPM Strategic Solutions” mərkəzinə sifariş veriblər. Onların sorğusunun nəticələrində isə seçicilərin 36 faizi “Gürcü arzusu”nu, 13 faizi isə “Vahid milli hərəkat”ı dəstəkləyib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info