Soya əkinlərinin çoxaldılması ölkəmizin aqrar sektoruna yeni nəfəs gətirəcək
Tarix: 07.10.2016 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsində, bu istiqamətdə məhsuldarlığın artırılmasında yem təminatı mühüm rol oynayır. Odur ki, yem bitkilərinin öyrənilməsi və becərilməsi müasir dövrün aktual məsələlərindəndir. Bu baxımdan tərkibi yağ və zülalla zəngin olan soya bitkisinin becərilməsi mühüm əhəmiyyət kəsb edir. “Qarabağ Taxıl” MMC qiymətli strateji bitki olan soyanı Ağcabədi rayonu ərazisindəki təsərrüfatında geniş sahədə becərməklə Azərbaycanda bir ilkə imza atıb.
Ölkəmizdə ilk özəl pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC–nin keçmiş icraçı direktoru, hazırda isə şirkətin törəmə müəssisəsi olan “Qarabağ Toxum” MMC-nin rəhbəri Rəcəb Orucov AZƏRTAC-a müsahibəsində soya bitkisinin xüsusiyyətlərindən və təsərrüfat əhəmiyyətindən danışıb. Bildirib ki, soya tərkibindəki zülal və yağın zənginliyinə görə əvəzedilməz bitkidir. Tərkibində 35-42 faiz zülal, 20 faizdən yuxarı yağ var. Həm ərzaq, həm də yem bitkisi kimi mühüm əhəmiyyət kəsb edən soya bitkisinin əkinlərinin çoxaldılması ölkəmizin aqrar sektoruna yeni nəfəs gətirəcək.
Soyaya tələbat respublikamızda bu gün tamamilə idxal hesabına ödənilir. Bu isə hər il milyonlarla dollar vəsaitin ölkədən çıxması deməkdir. Bu strateji bitkinin ölkədə becərilməsi həm heyvandarlığın yemə olan tələbatının daxili imkanlar hesabına ödənilməsi, həm də bu qədər vəsaitin ölkədə qalması deməkdir. Respublikamızda soya bitkisinin becərilməsi üçün çox münbit torpaq və iqlim şəraiti mövcuddur. Ən əlverişli bölgə isə Qarabağ düzüdür. Bu münbit şərait qısa müddətdə heyvandarlıq və quşçuluq təsərrüfatlarının yem tələbatının ödənilməsində mühüm nailiyyətlər əldə etməyə imkan verir.
Təsərrüfat rəhbəri soyanın becərilməsinin, həmçinin torpaqlarının rekultivasiyası baxımından da əhəmiyyətli olduğunu deyib: “Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir. Əkin dövriyyəsində bu bitkinin olması olduqca vacibdir. Soya bitkisinin köklərindəki rizobakteriyalar havada olan sərbəst azotu fiksasiya edir, beləliklə də, torpağın münbitliyinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Odur ki, soya özündən sonrakı bitkilər üçün qiymətli sələf hesab edilir”.
Rəcəb Orucov bildirib ki, “Qarabağ Taxıl” MMC-nin təsərrüfatlarında 2013-cü ildə 1 hektar, 2014-cü ildə 50 hektar, 2015-ci ildə 500 hektar sahədə soya becərilməklə təcrübə aparılıb. 2016-cı ildə isə 1600 hektar sahədə soya becərilib. Bütün aqrotexniki tədbirlər yüksək keyfiyyətlə aparıldığından uğurlu nəticə alınıb. Hazırda soya sahələrində məhsul yığımı davam edir. Hər hektardan orta hesabla 30-35 sentner məhsul əldə edilir. Bu, soya istehsalında inkişaf etmiş ölkələrin göstəricilərinə yaxın rəqəmdir. Təsərrüfatda 5 min ton məhsul gözlənilir ki, bunun da bazar dəyəri 5 milyon manata yaxındır. Təcrübə göstərir ki, soya bitkisinin geniş sahələrdə becərilməsi ilə ölkənin bu strateji məhsula olan tələbatını ödəmək və idxaldan asılılığı tamamilə aradan qaldırmaq mümkündür.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycan nefti bahalaşıb
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info