Ceymstaun Fondunun prezidenti: “Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil”
Tarix: 07.10.2016 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


“Apreldə ABŞ yuxudan ayıldı və dedi ki, Minsk prosesini bərpa etməliyik"

“Azərbaycan bu ilin aprelində çox uğurlu müharibə aparıb və ərazisinin müəyyən hissəsini qaytarıb. Azərbaycan güclü ordu yaradıb və bu, apreldə özünü göstərdi. Apreldə ABŞ yuxudan ayıldı və dedi ki, Minsk prosesini bərpa etməliyik".
Bu sözləri ABŞ-ın Ceymstaun Fondunun prezidenti Glen Hovard Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda təşkil etdiyi beynəlxalq konfransın açılışında deyib. Konfrans Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunub.
 
Bir gün əvvəl təmas xəttində Azərbaycan əsgərinin həlak olduğunu xatırladan qonaq ABŞ-da keçiriləcək prezident seçkilərinin Azərbaycana mümkün təsirlərindən də danışıb: “Bill Klinton hakimiyyəti dövründə praqmatikliyi ilə seçilib. Barak Obama Azərbaycana münasibətində ideoloji yanaşmanı əsas götürürdü, Klintonlar isə praqmatik yanaşmanı əsas götürürlər. Əgər Hillari prezident seçilərsə, onun administrasiyası ilə Obama administrasiyası arasında ola biləcək əsas fərqi bunda görürəm. ABŞ və Rusiya Qarabağ məsələsində necə əməkdaşlıq edə bilər? Hillari Klintonun prezident seçilməsi Azərbaycan üçün uduş və müsbət hal olar. Donald Trampın seçilməsi də müəyyən amillərə görə Azərbaycan üçün müsbət sayılacaq”.
 
G. Hovard bildirib ki, Ermənistanın Rusiyadan “İsgəndər” zenit-raket kompleksləri alması təhlükəlidir: “Bu, Cənubi Qafqazda yeni silahlanma yarışı yarada bilər. ABŞ administrasiyası bunu başa düşməli və Ermənistanın “İsgəndər” zenit-raket kompleksi almasına reaksiya verməlidir. Azərbaycan da Türkiyə, Pakistan və ya başqa bir ölkədən müdafiə üçün müvafiq silahlar ala bilər. Azərbaycan İsrail, Pakistan, Türkiyə və digər ölkələrlə gözəl münasibətlərə malikdir və 1990-cı illərin Azərbaycanı deyil. Ölkənizin siyasi önəmi getdikcə artacaq. Fərqi yoxdur, istər Hillari Klinton, istərsə də Donald Tramp administrasiyası üçün Azərbaycan əhəmiyyətli ölkə olacaq”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına
20.02.2019
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info